Bunları bilirsinizmi?
Statistikaya görə, uşaqların 8-12%-i müntəzəm olaraq yuxuda xoruldayır, 3-5% uşaqda isə yuxuda apnoe (tənəffüs hərəkətlərinin qısa müddətli dayanması, pozğunluğu) müşahidə olunur.
Rakus.az xəbər verir ki, uşaqlarda yuxuda apnoe sindromu – ciddi problemdir. Bu uşaqların boy artımına, təfəkkürün inkişafına və ürək-damar sisteminə mənfi təsir edə bilər.
Aşağıdakı 10 əlamət valideynlərə bu problemlə bağlı faydalı ola bilər:
1. Yuxuda güclü tərləmə. Yuxuda simpatik sinir sistemi həddindən çox fəaliyyət göstərdiyindən, bu hal nəfəs yollarında oksigen çatışmazlığına səbəb ola bilər.
2. Nəfəs alan zaman döş qəfəsi və döş ətinin batması. Yenə də, qüvvətli şəkildə nəfəs almağın nəticəsində bu hal baş verir.
3. Yuxuda olarkən qəribə vəziyyətlər almaq. Boyunu yuxuda həddindən artıq uzatmaq apnoe sindromlu uşaqlar arasında çox yayılıb. Bu onlara nəfəs yollarını açıq saxlamağa kömək edir.
4. Səhərlər baş ağrıları. Yuxu zamanı oksigen çatışmazlığı və yüksək təzyiq nəticəsində əmələ gəlir.
5. Müntəzəm olaraq sidik qaçırma. Bir çox tədqiqatlar göstərir ki, yuxuda müntəzəm olaraq sidik qaçıran uşaqlar arasında yuxuda apnoe daha çox yayılıb. Bu tədqiqatlardan birində, yuxuda apnoedən müalicə alan uşaqların 42%-i gecələr sidik qaçırmadan əziyyət çəkirdi. Müalicədən sonra 66% uşağın vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb.
6. Diqqət azlığı və hiperaktivlik. Tez-tez yuxuda apnoe olan uşaqlara yanlışlıqla diqqət azlığı və hiperaktivlik diaqnozu qoyurlar. Yuxuda xorultunun düzgün diaqnozu və faktın aşkara çıxarılması diqqət azlığı və hiperaktivliyin lazımsız müalicəsindən qaçmağa və düzgün müalicə almağa kömək edir.
7. Tez-tez baş verən lunatizm halları və qorxulu yuxular görmək. Bu xoşagəlməz pozuntulara yuxuda apnoe səbəb olur. Bir neçə il əvvəl Stenford Universitetinin keçirdiyi tədqiqat nəticəsində məlum olub ki, lunatizmdən əziyyət çəkən uşaqların çoxu yuxuda apnoe vəziyyətində olurlar, onlar apnoe müalicəsindən sonra şüursuz gecə aktivliyini dayandırıblar.
8. Uşaq hipertoniyası. Yüksək qan təzyiqi olan uşaqlar hamısı apnoe ilə bağlı müayinədən keçməlidirlər.
9. Daun sindromu. Daun sindromlu 40-70 faiz uşaq yuxuda apnoedən əziyyət çəkir. Qeyri-dəqiq müalicə əhəmiyyətli dərəcədə sağlamlığa və əqli inkişafına təsir göstərə bilər.
10. Piylənmə. Təzəliklə aparılan tədqiqatlar göstərir ki, kök uşaqların 30 faizi yuxuda apnoedən əziyyət çəkir. Yuxuda apnoe ilə müşahidə olunan piylənmə, müalicə olunmazsa, hipertoniyanın inkişafının, insulinə qarşı müqavimət və maddələr mübadiləsinin pozuntularına malik olan yüksək riskləri artırır. Yuxuda apnoe həm də uşaqlara effektiv şəkildə artıq çəkilərini atmağa mane olur. Əgər sizin övladınıza daima xoruldayırsa, və yuxarıdakı əlamətləri müşahidə edirsinizsə, dərhal bu barədə pediatra müraciət edin.