Səhiyyə 18.11.2019 20:20

Bunları bilirsinizmi?

Son illər bağırsaq xərçənginə tutulanların sayı artmaqdadır. Yaşından asılı olmayaraq bir çox insanlar bu xəstəlikdən əziyyət çəkir. Xəstəlikdən ölüm halları da çoxdur.

Rakus.az xəbər verir ki, bu, ən çox yayılan xərçəng növlərindən biridir. Xəstəliyə düçar olmanın əsas səbəbi isə yanlış qidalanma göstərilir.

Mütəxəssislər hesab edir ki, düzgün qidalanmaqla bağırsaq xərçənginin qarşısını almaq olar.

Bəs həmin qidalar hansılardır?

Türkiyədə bununla bağlı araşdırma aparan mütəxəssislər hesab edirlər ki, tez-tez yediyimiz, amma düzgün olmadan istifadə etdiyimiz bir sıra qidalar əslində bağırsaq xərçəngi hüceyrələrini azaltmaq qabiliyyətinə malikdir.

Alimlər ilk növbədə sarımsaq, göy sarımsaq, soğandan istifadə etməyin vacibliyini vurğulayıblar. Həkimlərə görə, bağırsaq xərçəngi riskini hər gün azacıq soğan yeməklə əhəmiyyətli dərəcədə azaltmaq olar.

Soğan, sarımsaqda olan bioaktiv birləşmələrin həmçinin süd vəzi və prostat xərçəngi riskindən də qoruduğu göstərilib.

Çindən olan mütəxəssislər isə hesab edirlər ki, bu məhsullarla qidalanmanı artırmaqla digər xəstəliklərdən də qoruna bilərik.

Onlardan necə istifadə etmək də mühüm əhəmiyyət kəsb edir. Belə ki, soğanın qaynadılıb, bişirilib yeyilməsi onun tərkibindəki maddələrin faydasını azaldır. Təzə sarımsaqların dilimlənib, əzilib yeyilməsi çox faydalı sayılır.

Bundan başqa, bağırsaq xərçəngindən qorunmaq üçün lifli qidalar, quru paxlalılar, meyvə, göyərti, taxıl məhsulları yemək tövsiyə olunur.

Mütəxəssislər hesab edir ki, meyvə, tərəvəzləri qabıqlı yemək daha faydalıdır. Meyvə, tərəvəzlərin qabığının soyulması, suyunun çəkilərək içilməsi məqsədəuyğun deyil. Bu, onların faydasını qat-qat azaldır. Bir sözlə, meyvə və tərəvəzləri bu şəkildə yemək onların faydalı yox, faydasız hissələrini mənimsəmək deməkdir.

Meyvə tərəvəzləri mümkün qədər çiy, təzə, qabıqlı yemək tövsiyə olunur. Bağırsaqların sağlamlığı üçün gündə ən azı 5 porsiya meyvə, tərəvəz yemək məqsədəuyğun sayılır. Onun 3 hissəsi meyvə, 2-si tərəvəz olmalıdır. Buna əməl etməmək xərçəng başda olmaqla, digər xəstəliklərin də yaranması riskini artırır.

Çay və qəhvə yerinə su içmək, hər səhər bir stəkan su ilə 1-2 ərik qurusu, yaxud üzüm yemək tövsiyə edilir.

Bundan başqa, banan sağlam bağırsaq florasının yaranması üçün çox faydalı sayılır. Banan lifləri sayəsində həzmsizlik, qəbizlik kimi halları aradan qaldırmaq mümkündür.

Kefir də bağırsaq florasını tənzimləyərək bağırsaqların normal çalışmasına şərait yaradır.

Süd məhsulların qarşı allergiya yoxdursa, hər gün 1 stəkan süd içmək məsləhətdir.

Taxıl məhsulları, bulqur, yulaf, noxud, quru lobya, buğdadan hazırlanan çörək toksik qidaların bağırsaqlardan tez atılması, zərərli bakteriyaların yayılmasının qarşısını alır.

Hər gün taxıl məhsulları yemək, ən azı həftədə iki gün quru paxlalılara menyuda yer ayırmaq lazımdır.

Turşuların tərkibindəki yararlı bakteriyalar da bağırsaq florasını tənzimləyir. Amma istənilən halda turşularda yüksək natrium olduğu üçün təzyiq, diabet, ürək-damar xəstələri, mədə problemləri olan şəxslər kontrollu şəkildə turşuları ya az yeməli, ya da heç yeməməlidirlər.

Bundan başqa, mütəxəssislər bağırsaqları qorumaq üçün hər gün 10-12 ədəd badam yeməyi, ispanaq kimi tünd yaşıl rəngli göyərtilərdən faydalanmağı tövsiyə edirlər.

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO