Bunları bilirsinizmi?
Araşdırmalar zamanl məlum olub ki, qadınlar kişilərdən çox danışırlar.
Rakus.az xəbər verir ki, bunların bir çox səbəbləri var qadınlar haqqında maraqlı faktları təqdim edirik.
– Qadınlarda yüksək səs tembrini eşitmək qabiliyyəti kişilərdən iki dəfə çoxdur, bu, uşağa nəzarət üçün analıq hissləri ilə bağlıdır.
– Qadınların beynində iki nöqtə danışma və nitqə nəzarət edir. Ona görə qadınlar gün ərzində kişilərdən azı iki dəfə çox danışırlar.
– Qadının saçı kişinin saçından düz iki dəfə nazik olur. Amma tüklərin dibi iki dəfə dərində olduğundan dazlaşma qadınlara xarakterik olmur.
– Qadının ürəyinin çəkisi 250 qr, kişinin ürəyinin çəkisi 330 qr-dır. Məhz ona görə qadının ürəyi daha tez-tez vurur.
– Qadının boynu kişidən daha hərəkətlidir. Əgər siz arxadan çağırsanız, qadın sadəcə, başını döndərib sizə baxacaq, amma kişi bütün bədəni ilə dönəcək.
– Doğulan andan qadınlarda qoxu bilmə hissi kişilərə nisbətən dəfələrlə çox olduğu üçün parfümeriyaya meylli olurlar.
– Bədəndəki estrogen hormanlarına görə fiziki ağrıları qadınlar kişilərdən 2 dəfə daha yüngül keçirirlər.
– Qadınların əzələlərində elastin olduğu üçün onlar daha rahat “şpaqat” vəziyyətində otura bilirlər.