Səhiyyə 06.09.2019 07:17

Bunları bilirsinizmi?

Bu pəhriz insanı xərçəngdən qoruyur

Nderlandın Maastrixt Universitetinin alimləri iddia edirlər ki, Aralıq dənizi pəhrizi (Akdeniz diyeti) süd vəzisi xərçənginin ən ağır formasının yaranma riskini 40 faiz azaldır.

Rakus.az xəbər verir ki, Amerika Ürək Assosiasiyasının “Circulation” jurnalında Aralıq dənizi pəhrizinin digər pəhrizlərlə müqayisədə ürək xəstəliklərinin qarşısını daha çox aldığı və HDL xolesterolunu artırdığı qeyd olunub. HDL xolestrolu ürək, qan-damar xəstəlikləri riskini azaldır.

“National Geographic” jurnalı isə yazır ki, bu pəhriz ömrü uzadır və uzun ömürlü millətlərin pəhrizlərinə daxildir. Aralıq dənizi pəhrizi pəhrizdən daha çox sağlam yaşam tərzidir. Pəhrizə bu adın verilməsi Aralıq dənizi və Egey bölgəsindəki qidaların qəbulu ilə bağlıdır. Bu pəhriz özündə Yunanıstanın Kritregionunda və İtaliyanın cənubunda yaşayan insanların qidalanma vərdişlərini də ehtiva edir.

Aralıq dənizi pəhrizinə nə daxildir?

– Meyvə-tərəvəz, taxıl məhsulları, paxlalılar və yer fıstığı

– Kərə yağı, zeytun yağı və kanola yağı

– Yeməyi dadlandırmaq üçün duz yerinə otlardan və ədviyyatdan istifadə olunur

– Ayda bir neçə dəfə qırmızı ət qəbulu

– Həftədə ən azı iki dəfə balıq və quş ətləri yemək

– İstəyə bağlı olaraq az miqdarda qırmızı şərab içmək

– Daimi məşqlər etmək

Akdeniz diyeti“nin faydaları hansılardır?

Aralıq dənizi pəhrizini hər kəs saxlaya bilər. Ziyanlı tərəfi olmadığı üçün tətbiqinə məhdudiyyət qoyulmur. Bu pəhrizi saxlayanların sağlamlığında hər hansı problemə rast gəlinməyib. Pəhrizə doymamış yağ turşularının, antioksidantların və yüksək lif tərkibli qidaların daxil olması beyin sağlamlığından tutmuş, həzm sisteminə qədər müsbət təsir edir.

– Alzheimer xəstəliyindən qoruyur

– Depressiya və parkinson riskini azaldır

– Xərçəngdən qoruyur

– İmmunitet sistemini gücləndirir

– Bağırsaqları müntəzəm olaraq işlədir və həzmsizlik problemini aradan qaldırır

– Ürək-damar sağlamlığı üçün faydalıdır

– Yüksək qan təzyiqi və pis xolesterolu azaltmağa kömək edir

– Diabet, infarkt riskini azaldır

– Sağlam şəkildə arıqlamağa yardım edir

– Arterioskleroz kimi problemləri azaldır

– Damar tıxanıqlığına mane olur

Pəhrizə əsasən, nələrə diqqət yetirməli?

– Qəhvə, çay, kola kimi kofeinli içkiləri boş mədəyə içməyin

– Süni dadlandırıcılı qidalardan uzaq durun

– Yeməyi qızartmayın, buxarda və ya sobada bişirin

– Bol miqdarda balıq yeyin

– Zeytun yağında hazırlanmış yemək və tərəvəzlər qəbul edin

– Mövsümi meyvələr, üzüm, əncir, tut, xurma, yemiş və banan yeyin

– Bol miqdarda soğan və sarımsaq yeyin

– Kəpəkli və çovdar çörəyi yeyin

– Çörəklə quru paxlalı yeməyi eyni vaxtda yeməyin

– Ağ un, kartof, qarğıdalı və düyü qəbul etməyin

– Bol su için

– Gündəlik 3 əsas, 3 ara pay şəklində qidalananın

Pəhriz siyahısı:

Aralıq dənizi pəhrizində səhər yeməyində 1-2 dilim kəpək və ya çovdar çörəyi, 1 dilim yağsız pendir, istədiyiniz qədər pomidor və xiyar, 5 zeytun, 5 çiy fındıq və ya badam yeyə bilərsiniz. Bundan başqa,menyunuza tərkibində az şəkər olan, mövsümə uyğun meyvə də daxil edə bilərsiniz. Mövsümə görə pomidor, xiyarı kök və turpla əvəzləmək olar.

Naharda hər gün salat yeyib, ayran içməyə çalışın. 1 smit, 1 sendviç və ya pendirli omlet yeyə bilərsiniz. Ayrıca, bir həftə yarım kiloya qədər qarışıq meyvə salatı yemək də sizin üçün ideal qida olacaq.

Axşam yeməyində salat və qatıq yemək lazımdır. Salatın yanında sobada və ya buxarda bişirilmiş balıq, yaxud tərəvəz xörəyi yeyə bilərsiniz. Ara-sıra yeməklərə qiymə, ya da toyuq əlavə etmək olar. Axşam yeməyində çörək yemək qəti qadağandır. Acmamaq üçün bol miqdarda su için.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO