Səhiyyə 23.11.2019 20:20

Bunları bilirsinizmi?

Son məlumatlara görə, dünyada təxminən 40 faizə qədər insanda D vitamini çatışmazlığı var.

Rakus.az xəbər verir ki, biz D vitaminini ən çox Günəşdən alırıq. Amma onu başqa təbii yollarla da almaq, səviyyəsini artırmaq mümkündür.

D vitamini sağlamlıq baxımından son dərəcə əhəmiyyətli sayılır. Xüsusilə ürəyin fəaliyyəti, sümüklərin, dərinin sağlamlığı, immun sisteminin güclənməsi üçün D vitamini mühüm əhəmiyyət kəsb edir.

Mütəxəssislər hesab edir ki, həyat tərzimizdə edilən cüzi dəyişiklik D vitamini səviyyəsini artırmağa yardım edir.

Araşdırmalara görə, artıq çəkidən azad olmaq və nizamlı olaraq edilən idman D vitamini artırır.

Təbii yollarla D vitamini səviyyəsini artırmağın digər yolu xolesterin səviyyəsini aşağı salmaqdır. Bunun üçün daha çox balıq əti yemək lazımdır. Təbii hövzə balıqlarının əti D vitamini ilə daha zəngindir.

Alimlər hesab edir ki, D vitamini hər yaşda gərəkli olsa da, 40 yaşdan sonra onun  səviyyəsinə daha çox diqqət ayırmaq vacibdir. Ona görə ki, bu yaşdan sonra diabet, ürək problemləri, skleroz, süd vəzi, bağırsaq xərçəngi kimi xəstəliklərin meydana gəlmə riski daha yüksəkdir. Bu problemlərin həm də D vitamini çatışmazlığından qaynaqlandığı məlumdur.

D vitamini çatışmazlığı nəticəsində əzələ zəifliyinin yarandığı, əzələ liflərinin normal olaraq çalışmaması səbəbindən sümük ağrılarının yaranması da mümkündür.

Aparılan araşdırmalar D vitamini çatışmazlığının depressiyalara səbəb olduğunu da isbatlayıb. D vitamini əskikliyi olan qadınların daha çox depressiyaya məruz qaldıqları bildirilir.

D vitamini çatışmazlığı tənəffüs yollarında da problem yaradır. Xüsusilə astma xəstəliyi olan uşaqların D vitamininə daha çox ehtiyac duyduqları bildirilir.

D vitamini əskikliyi saçların tökülməsinə, dəri xəstəliklərinin, o cümlədən psoriazın yaranmasına səbəb olur.

Səbəbsiz, hər hansı hərəkət etmədən tərləyirsəniz bu da D vitamini çatışmazlığına işarədir. D vitamini çatışmazlığı ən çox da üzdə tərləmə ilə özünü büruzə verir.

Xroniki olaraq davam edən baş ağrıları da D vitamini çatışmazlığının bir əlaməti ola bilər.

Aparılan araşdırmalar D vitamini səviyyəsi az olan insanların yüksək D vitamininə sahib olanlara müqayisədə ikiqat çox baş ağrısı riski ilə üzləşdiklərini ortaya çıxarıb.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO