Bunları bilirsinizmi?
Gərgin iş həyatı, gündəlik qayğılar, şəhərin səs-küyü çoxlarının əsəblərinə təsir edir və stressə səbəb olur.
Rakus.az xəbər verir ki, əsəbləri sakitləşdirməyin yolları bunlardır:
Gərgin olan əzələləri yumşaldın
Sinir böhranı anında bədəndəki əzələlər də gərilməyə başlayır, çünkü ağır bir adrenalin yükü yaradırlar. Belə bir durumda qollarınızı uzadaraq, bükərək, yaxud başqa hərəkətlər edərək, əzələ gərginliyini azaltmağa çalışın.
Özünüzü rahat hiss etdiyiniz yerə gedin
Əsəbi anınızda ətrafınızda insanların olması sizi daha da pis hiss etdirə bilər. Bu vəziyyətdə problemə səbəb olan amildən uzaqlaşın. Sakitləşmək və hadisələri daha aydın şəkildə görmək üçün beyninizi problem yaradan fikirlərdən təmizləyin. Özünüzü rahat və sakit hiss edəcəyiniz bir yerə gedin.
Stressə yaxşı təsir edən bitki çayları için
Sakitləşdirici və rahatladıcı xüsusiyyətləri olan müxtəlif şəfalı bitkilər var. Melisa və limon otu bu sırada tanınan ən effektli bitkilərdir. Pişikotu, cökə və lavanda çaylarını da siyahıya əlavə edin. Çünkü bu çaylar insanı rahaladır və təşvişi, həyəcanı azaldır.
Dərindən nəfəs alın
Dərindən nəfəs almaq – əsəbləri sakitləşdirmək və sürətli şəkildə daxili rahatlığı əldə etmək üçün ən asan və təsirli üsuldur. Bəs dərin nəfəs necə alınır?
– Burnunuzla yavaş nəfəs alın.
– Qarnınızın hava ilə dolduğunu hiss edin.
– Yavaş şəkildə beşə qədər sayın.
– Nəfəsinizi dörd saniyə tutun.
– Beşə qədər sayarkən ağzınızla yavaşça nəfəs verin.
– Yavaş nəfəs almaq ürək çırpıntısını rahatladır. Bu isə beyini oksigenlə təmin edir.
Digər üsullar
Bu üsullardan başqa rəqs, idman, məşqlər etmək, yoqa ilə məşğul olmaq, musiqi dinləmək, özünüzə zaman ayırmaq, rahatladıcı vanna, meditasiya və masaj əsəb tutmaları ilə mübarizədə faydalıdır. Zehninizi necə sakitləşdirə biləcəyinizi öyrənmək çox önəmlidir.