Bunları bilirsinizmi?
Orqanizmdə olan problemlər çox zaman öncədən bəzi siqnallarla özünü büruzə verir.
Rakus.az xəbər verir ki, çoxlarımız buna əhəmiyyət verməsək də, mütəxəssislər onları diqqətdən kənar qoymamağı tövsiyə edirlər. Bizə problemlərdən xəbər verən əsas işarətlər hansılardır?
Keyfiyyətsiz yuxu
Normalda stress hormonu gecələr azalaraq rahat yuxuya şərait yaratmalıdır. Əgər yuxusuzluqdan əziyyət çəkirsinizsə, o zaman stress hormonu səviyyəsinin yüksəldiyini düşünmək olar. Bu hala cavab verməyə çalışan bədənimiz yorulur. Və nəticədə halsızlıq yaranır.
Boyda qısalma
Əgər illər keçdikcə boyda qısalma müşahidə olunursa və boy getdikcə qısalmağa doğru gedirsə, səbəbi sümük əriməsi ola bilər. Bu heç də hər zaman yaşla bağlı olmur.
Belə problem varsa, mütəmadi olaraq D vitamini qəbul etmək, idmanla məşğul olmaz zəruridir.
Alma formasında köklük
Artıq çəki problemi varsa, xüsusilə bədən alma formasındadırsa, piylər daha çox bel nahiyəsi və yuxarı hissədədirsə, bu, daha təhlükəlidir. Bu şəkildə olan piylənmələrdə infarkt riski daha yüksəkdir.
Xroniki yorğunluq
Çox zaman yorğunluğu adi, keçici saysaq da, əslində bu, bir çox ciddi xəstəliklərlə bağlı ola bilər. Bu sırada qalxanabənzər vəzinin problemləri, qeyri-düzgün qidalanma, toksik təsirləri də qeyd etmək olar. Digər səbəb stress hormonunun təsiri nəticəsində enerji itirilməsi ilə bağlı ola bilər.
Sidiyin rənginin tünd olması
Əgər gün ərzində yetərində su içirsinizsə, sidik açıq sarı olmalıdır. Rəngdə tündləşmə varsa, o zaman düşünməyə dəyər.
Xoruldamaq
Yuxuda xoruldamaq nəfəs çatışmazlığı üçün önəmli siqnal sayılır. Bu, tənəffüs yollarının problemlərindən tutmuş, ağciyər və ürək xəstəlikləri ilə də bağlı ola bilər.
Daimi narahatlıq hissi
Hər zaman narahat olmaq hormonal fonu dəyişir, ən çox reproduktivliyi tənzimləyən hormonlarda pozulmaya, tiroid hormonlarının artmasına səbəb olur.
Bağırsaqlarda həzmsizlik
Hər dəfə yeməkdən sonra sağlam bağırsaqlar aktiv fəaliyyət göstərməlidir. Həzm sistemindən keçən toksinləri ayıran bağırsaqlar yeni qidalara yer yaratmağa çalışmalıdır. Belə deyilsə, qəbizlikdən əziyyət çəkirsinizsə, bağırsaqdan sızan toksinlər qana qarışar və iltihaba səbəb olar. Bunu normal hala salmaq çox vacibdir.
Qaşıntı hissi
Qaşıntılar müxtəlif səbəblərdən, allergiyalardan da ola bilər. Amma uzun zaman davam edən qaşıntı qaraciyərin normal fəaliyyət göstərmədiyinə işarə ola bilər.
Tez-tez zökəm və qrip olmaq
Hər gün saysız-hesabsız virus və bakteriyalarla qarşılaşsaq da, immun sistemi normal çalışırsa, o zaman bunlara qarşı mübarizə aparır. Əksinə, ətrafda hər kim qrip, zökəm olursa, biz də buna yoluxuruqsa, deməli, immun sistemimiz normal çalışmır. Bu, təkcə yoluxucu xəstəliklər deyil, xərçəng riski baxımından da təhlükəlidir.
Dodaq çatlaması
Dodaq çatlaması B vitaminlərinin çatışmazlığı, ən çox B 12 çatışmazlığı, qanazlığının olmasına işarə sayılır.
Dərində sızanaq, ekzema
Bu əlamətlər varsa, deməli səhhətinizdə problem var. Dərimiz ən böyük orqanımızdır, onun verdiyi bu siqnallar mütləq diqqətə alınmalıdır. Dəridəki problemlər həm də sinir sistemindəki narahatlıqları göstərir. Tez-tez baş verən stress halları da dəriyə təsir edir…