Səhiyyə 08.09.2019 07:17

Bunları bilirsinizmi?

Əhali arasında kəskin respirator virus infeksiyaları yayılıb.

Rakus.az xəbər verir ki, son vaxtlar istər böyüklər, istərsə də azyaşlılar arasında boğaz ağrısı, yüksək hərarət, halsızlıq kimi əlamətlərlə müşahidə olunan xəstəliyin artması barədə məlumatlar var. Xəstələnən şəxslər uzunmüddət müalicə alsalar da, tam sağalmadıqlarını, yaxud xəstəliyin yenidən təkrarlandığını bildirirlər. Bəs əhali arasında yayılan bu xəstəlik nədir?

Mövzu ilə bağlı e-tibb.az-a danışan infeksionist Vasif Əliyev deyir ki, hər il havalar soyumağa başlayanda, xüsusən də qış aylarında insanların səhhətində bu cür mənfi hallarda artım müşahidə olunur: “Bunlar mövsümi xəstəliklərdir. Adətən epidemioloji, keçici olduğundan hava-damcı yolu ilə yayılır. Əsas əlamətləri boğaz ağrısı, yüksək hərarətdir. Çox vaxt qriplə tənəffüs yolu infeksiyalarını bir-biri ilə qarışdırırlar. Burun axıntısı ilə gələn də deyir qrip olmuşam, boğaz ağrısı ilə gələn də. Qeyd etdiyim əlamətlərə yalnız qrip virusları səbəb olmur. Başqa viruslar, bakteriyalar da eyni əlamətlər verə bilər. Məsələn, boğaz ağrısı tonzillitin, faringitin simptomu ola bilər. Əslində, qripi təyin etmək üçün burun axıntısından örnək götürüb analiz etmək lazımdır. Yəni qrip diaqnozu laboratoriyada təsdiq olunmalıdır. Qrip zamanı xəstədə qızdırma, boğaz ağrısı, halsızlıq, yüksək hərarət, tənəffüs yetərsizliyi ola bilir. Hətta pnevmoniya da yarana bilər. Amma dediyim kimi, xəstəliyi dəqiq müayinə etmək lazımdır”.

Onun sözlərinə görə, insanların çoxu qrip oldu-olmadı, aptekdən özbaşına antibiotik alırlar. Bu isə yanlışdır: “Qrip virusdur, antibiotikin ona heç bir faydası yoxdur. Antibiotik bakteriyalara təsir edən dərmandır. Qrip isə virus mənşəli olduğuna görə antibiotikin ona heç bir əhəmiyyəti yoxdur. Qrip təsdiqlənərsə, xəstəyə dəstəkləyici müalicə, yataq rejimi və dincəlmək lazımdır. Ümumilikdə qripin sağalma dövrü bir həftədir. Ola bilər xəstə sağalır, amma təkrar bir də yoluxur. Yaxşı olardı ki, qış girməmiş qrip əleyhinə peyvənd olunsunlar. Amma peyvənd hər il təkrar vurulmalıdır. Çünki qrip virusu hər il mutasiyaya uğrayır, formasını dəyişir. Hər il qrip tiplərinə görə yeni peyvəndlər yaradılır. Ona görə peyvəndin davamlı qoruyuculuğu yoxdu. Hər il vurulmalıdır. Qoruyuculuğu 6 ay olduğu üçün oktyabrda vurulmalıdır ki, yaza kimi qripdən qorusun. Xüsusən tez-tez qripə yoluxanlar, yaşlılar, uşaqlar, yanaşı gedən başqa xəstəliyi, məsələn, şəkər, böyrək xəstəliyi olanlar, immun sistemi zəiflər mütləq qrip peyvəndi etdirməlidir”.

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (RGEM) direktor müavini Afaq Əliyeva  açıqlamasında bildirib ki, ölkədə hələlik qrip yoxdur, əhali arasında yayılan kəskin respirator virus infeksiyalarıdır: “Bakı şəhərinin bütün tibb müəssisələrinin gigiyena, epidemiologiya mərkəzləri tərəfindən yoxlamalar aparılır, xəstəliklər barədə məlumatlar verilir. Xəstəliyi bir qədər ağır keçən xəstələrdən yaxmalar götürülür, Taun Əleyhinə Stansiyaya göndərilir. Bu müddət ərzində nəinki pandemik qrip virusu, heç başqa viruslar da aşkar edilməyib. Vəziyyət sabitdir. Həftəlik məlumatlara baxaraq deyə bilərəm ki, infeksiyalarda artım yoxdu. Əgər xəstəlik kimdəsə ağır keçirsə, səbəb şəxsin özü ilə bağlıdı. Xəstə ola-ola çölə çıxıb, işə getməyə davam edirsə, həkimə getmirsə, yataq rejiminə riayət etmirsə, onda ağırlaşma müşahidə olunur, boğaz ağrısı, yüksək hərarət olur. Odur ki, yataq rejiminə riayət edilməli, həkim təyinatı ilə müalicə olunmalı, xəstə bayıra çıxmamalıdır. Bu, həm xəstəliyin ağırlaşmasının, həm də başqalarına yoluxmanın qarşısını alar”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO