Bunları bilirsinizmi?
Bir çox yeməklərin, salatların hazırlanmasında sevə-sevə istifadə etdiyimiz şüyüdün faydaları barədə az-çox məlumatımız var.
Rakus.az xəbər verir ki, şüyüd haqqında ən çox bildiyimiz isə onun körpələrdən tutmuş böyüklərə kimi hər kəsdə yaranan köp probleminin qarşını almaq keyfiyyəti barədədir. Amma yəqin ki, bu bitkinin daha çox faydası, bütövlükdə şəfa mənbəyi olduğunu çox az adam bilir.
Türkiyədən olan mütəxəssislər hesab edir ki, şüyüd möcüzəvi şəkildə şəkər xəstəliyinin qarşını alır, təbii insulindir. Ona görə də şəkər xəstələri şüyüdü təbii insulin olaraq daimi şəkildə qəbul etməlidirlər.
Yuxarıda da qeyd etdiyimiz kimi şüyüdün həzmsizlik, mədə ağrısı, köpü aradan qaldırdığı çoxdan məlumdur.
Şüyüdün digər faydalarını belə sıralamaq olar:
Hər gün şüyüd yeməklə bir həftə içərisində fərq ediləcək dərəcədə arıqlamaq mümkündür. Yeyilən az miqdarda şüyüd uzun zaman tox qalmağa yardım edir.
Tərkibində bol miqdarda fosfor, maqnezium, dəmir sink, A və C vitaminləri yer al alan şüyüdün hər gün bir dəstəsini yesək, gündəlik A və C vitamini ehtiyacımızın 40 faizindən çoxunu ödəyə bilərik.
Şüyüd çoxlu miqdarda kalsiumla zəngin olduğuna görə, sümükləri qoruyur. B vitamini və yağlarla zənginliyi sayəsində yuxusuzluğa, depressiyaya qarşı sakitləşdirici təsiri var.
Xərçəng müalicəsində də istifadə olunur. Revmatizm, artrit, oynaqların iltihabı zamanı ağrıları aradan qaldıraraq müalicəvi təsir göstərir.
Aybaşı pozulmaları, diş xəstəlikləri, ağız içi infeksiyaları, hıçqırıq zamanı faydalıdır.
Bundan başqa, xolesterini azaltmaq xüsusiyyətinə malikdir, tənəffüs yolu xəstəliklərində müalicəvi əhəmiyyəti böyükdür…