Bunları bilirsinizmi?
İtburnunun faydaları haqqında çoxları bilir.
Rakus.az xəbər verir ki, bu müalicəvi bitkidən bir çox xəstəliklərin müalicəsində dərman kimi istifadə olunur. Bəs hamilələr necə, itburnudan istifadə edə bilərlərmi?
Gələcək analar itburnu ilə orqanizmlərinin müqavimətini gücləndirərək müxtəlif viruslardan özlərini qorumuş olarlar. İtburnu bitkisinin tərkibi A, B1, B2, P, K və C vitaminləri, zülal, minerallar, maqnezium, kalsium və fosforla zəngindir.
İtburnu çayı:
1. İmmuniteti gücləndirir
2. İltihabi proseslərin qarşısını alır
3. Soyuqdəymə zamanı olduqca xeyirlidir
4. Sinir sistemini sakitləşdirir
5. Böyrəklərdə və öd kisəsində daşların əmələ gəlmə riskini azaldır
6. Mədə ağrılarını götürür
7. Bağırsaqların təmizlənməsinə kömək edir
8. Ürək-damar xəstəlikləri üçün faydalıdır
9. İştahanı açır
10. Qan təzyiqini aşağı salır
11. Maddələr mübadiləsini normallaşdırır
12. Sidikqovucu xassəyə malikdir
13. Orqanizmin ümumi tonusuna müsbət təsir göstərir
Bir faktı da unutmayın ki, istənilən çaydan gün ərzində 1-2 stəkandan artıq istifadə sizin və gələcək körpənizin sağlamlığına ziyan verə bilər. İstifadədən öncə mütləq həkiminizlə məsləhətləşin!