Çin və ABŞ irəliləyişə nail oldu
Çin və ABŞ Pekində keçirilən i danışıqların növbəti raundunun gedişində ticarət sazişinin mətni üzrə yeni irəliləyişə nail olub.
Rakus.az xəbər verir ki, Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, martın 28-29-da Pekində ticarətdə fikir ayrılıqlarının aradan qaldırılmasına dair danışıqların səkkizinci raundu keçirilib. Məsləhətləşmələrdə Amerika tərəfini ticarət nümayəndəsi Robert Laythayzer və maliyyə naziri Stiven Mnuçin, Çin tərəfini isə Dövlət Şurasının baş nazirinin müavini Lyu He təmsil ediblər. Tərəflər danışıqların gedişində ikitərəfli saziş mətninin detallarını müzakirə edib və bu istiqamətdə yeni irəliləyişə nail olublar.
Yüksək səviyyədə danışıqlar gələn həftə Vaşinqtonda davam etdiriləcək.
Xatırladaq ki, 2018-ci il dekabrın əvvəlində ABŞ və Çin liderlərinin Buenos-Ayresdə G20 sammiti çərçivəsində keçirilən görüşündə ticarət məsələlərinə dair bəzi razılaşmalar əldə edilmişdi. Vaşinqton Çin məhsullarına rüsumun artırılmasını təxirə salmış, Pekin isə Birləşmiş Ştatlardan idxalı artırmağa boyun olmuşdu. Həmçinin tərəflər üç ay ərzində iki ölkə arasında ticarət sazişi bağlanması istiqamətində tədbirlər görmək barədə razılığa gəlmişdilər. Həmin müddət martın 1-də başa çatsa da, Donald Tramp danışıqların uğurla və Vaşinqton üçün məqbul məcrada davam edəcəyi təqdirdə rüsumları artırmamağa hazır olduğunu bəyan etmişdi. (Azərtac)