ÇL-da cavab oyunlarına start veriləcək
Bu gün Çempionlar Liqasında 1/4 finalın cavab oyunlarına start veriləcək.
Rakus.az xəbər verir ki, keçiriləcək iki görüşlə ilk yarımfinalçılar bəlli olacaq.
“Barselona” İspaniyada “Mançester Yunayted”lə qarşılaşacaq. Səfərdəki görüşdə 1:0 hesablı qələbə qazananan kataloniyalılar böyük üstünlük əldə edib.
Digər matçda isə “Yuventus” “Ayaks”ı qəbul edəcək. Hollandiyada keçirilən qarşılaşamada 1:1-lik nəticə qeydə alındığından Turin təmsilçisini növbəti mərhələyə bir addım yaxın hesab etmək olar.
Çempionlar Liqası
1/4 finalın cavab oyunları
16 aprel
23:00. “Barselona” (İspaniya) – “Mançester Yunayted” (İngiltərə)
İlk oyun – 1:0
23:00. “Yuventus” (İtaliya) – “Ayaks” (Hollandiya)
İlk oyun – 1:1
17 aprel
23:00.”Portu” (Portuqaliya) – “Liverpul” (İngiltərə)
İlk oyun – 0:2
23:00.”Mançester Siti” (İngiltərə) – “Tottenhem” (İngiltərə)
İlk oyun – 0:1
(qol.az)