Dünya 23.12.2020 12:27

COVID-19 diaspor rəhbərinin həyatına son qoydu

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik Fazil Qurbanov koronavirusdan vəfat edib.

“Report” xəbər verir ki, o, 76 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Fazil Səməd oğlu Qurbanov 18 fevral 1944-cü ildə Bakıda anadan olub. O, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) Müalicə-profilaktika fakültəsini bitirib, Respublika Uroloji Xəstəxanası nəzdində internatura keçib.

Alim 1975-ci ildən Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Cərrahiyyə qrupunun elmi işçisi olub. 1980-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının (TEA) Ümumittifaq Elmi-Cərrahiyyə Mərkəzinin nəzdində aspiranturaya daxil olub, daha sonra cərrahiyyə üzrə doktorantura keçib.

F.Qurbanov 1983-cü ildə “Cərrahi müalicədən sonra kardiospazm residivində pnevmatik kardiodilatasiya” mövzusunda namizədlik, 1987-ci ildə isə “Qida borusu xərçəngində və xoşxassəli strikturalarında birmomentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib.

1989-cu ildə Azərbaycan Elmi-Tədqiqat Qastroenterologiya İnstitutunda Qida borusu, mədə və onikibarmaq bağırsaq cərrahiyyəsi bölməsinin rəhbəri kimi fəaliyyətə başlayıb və Azərbaycan Tibb İnstitutunun Cərrahiyyə kafedrasının professoru olub.

1999-cu ildən etibarən fəaliyyətini Moskvada davam etdirən alim hazırda Rusiya Federasiyası Yollar Nazirliyinin N.A.Semaşko adına Mərkəzi Kliniki Xəstəxanasında Cərrahiyyə şöbəsinə rəhbərlik edir, eyni zamanda Rusiya Xalqlar Dostluğu Universitetinin Hospital cərrahiyyəsi kafedrasının professorudur.

Xora xəstəliyi cərrahiyyəsi və əməliyyat olunmuş mədə xəstəliklərində bərpa əməliyyatları, kardiospazm və əməliyyat olunmuş qida borusu xəstəlikləri, xoşxassəli çapıq strikturaları və qida borusu xərçəngi, qarın boşluğu və peritonarxası sahə orqanlarının mini invaziv cərrahiyyəsi, donor qanından istifadə olunmadan həcmli torakal və abdominal əməliyyatların aparılması F.Qurbanovun tədqiqatlarının əsas istiqamətləridir.

Görkəmli cərrah 230-dan çox elmi əsərin, o cümlədən 3 monoqrafiya, 18 ixtira və səmərələşdirici təklifin müəllifidir. Onun rəhbərliyi altında 7 elmlər və 14 fəlsəfə doktoru hazırlanıb.

F.Qurbanov 2014-cü ildə AMEA-nın müxbir üzvü, 2017-ci ildə isə həqiqi üzvü seçilib.

Alim, həmçinin N.İ.Piroqov adına Cərrahlar Assosiasiyasının, Rusiya Endoskopik Cərrahlar Assosiasiyasının, Beynəlxalq Cərrahlar Kollecinin və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

F.Qurbanov 2016-cı ildə Ümum-Rusiya Azərbaycan Konqresinə sədr seçilib.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO