COVID-19 Ermənistanı çökdürür
“Ermənistanda yaxın zamanlarda koronavirusa yoluxanların və pandemiyadan ölənlərin sayı artacaq”.
Rakus.az xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan hakim “Mənim addımım” fraksiyasının toplantısında bildirib.
O deyib ki, yaxın günlərdə koronavirusa yoluxanların və qurbanlarının sayının artmasına hazır olmaq lazımdır.
Toplantıda Ermənistan səhiyyə naziri Arsen Torosyanın peşəkar olmayan bəyanatlarına və yarıtmaz fəaliyyətinə də münasibət bildirilib.
Xatırladaq ki, bir müddət əvvəl Ermənistan mətbuatı Tiqran Avinyan və Arsen Torosyanın koronavirusa qarşı mübarizənin təşkil edə bilmədikləri üçün iyulda istefaya göndəriləcəklərinə dair məlumat yaymışdı. Məlumata əsasən, Ermənistanın baş naziri Nikol Paşinyan onları koronavirusa qarşı mübarizədə yarıtmaz fəaliyyətlərinə görə “günah keçisi” kimi qurban verəcək.