COVID-19 psixoloji problem yaradır – ÜST
Pandemiya dünyada milyonlarla insanda qorxu və narahatlığa səbəb olub.
Rakus.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreisus deyib.
Onun sözlərinə görə, koronavirusun yayılması həm də psixoloji sağlamlığı pozur.
ÜST rəhbəri bildirib ki, pandemiyaya qədər psixoloji sağlamlıq “qlobal sağlamlıqda unudulmuş bir problem”ə çevrilmişdi:
“Bu gün milyardlarla insan psixoloji pozğunluq vəziyyətində yaşayır, hər il üç milyon insan spirtli içkinin həddindən artıq qəbulu nəticəsində ölür və dünyada hər 40 saniyədə bir intihar hadisəsi baş verir”.
O bildirib ki, psixoloji problemləri olan çox az insan həkimə müraciət edir. Onun sözlərinə görə, aşağı və orta gəlirli ölkələrdə psixoloji və nevroloji xəstəlikləri olan insanların 75 faizindən çoxu, ümumiyyətlə, müalicə almır.