COVID-19-u nəzarətə götürmək üçün uzun yol qət olunmalıdır – ÜST
Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar üzrə mütəxəssisi deyib ki, dünyanın bir çox ölkəsinin normal həyatı bərpa etməyə başlamasına baxmayaraq, koronavirus pandemiyasını nəzarət altına almaq üçün dünya uzun yol qət etməlidir.
Rakus.az xəbər verir ki, Doktor Mayk Rayan tənəffüs orqanlarının xəstəliyinə səbəb olan COVID-19-un milli, regional və qlobal səviyyədə yüksək riskli bir xəstəlik olduğunu deyib.
“Hamımızın qorxduğumuz şey yeni halların aşkar edilməməsinin ictimai sağlamlığa və iqtisadi fəlakətlərə səbəb ola bilməsidir” – deyə, Ümumdünya Səhiyyə Təşkilatının fövqəladə hallar proqramının rəhbəri Rayan onlayn keçirilən brifinqində bildirib.
O, mövcud riskin azaldığının qiymətləndirməsi üçün virusa çox diqqətlə nəzarət tələb olunduğunu deyib.
Dünya ölkələrinin hökumətləri 4,29 milyon insanın yoluxmasına, 291,375 insanın ölümünə səbəb olan virusun yayılmasının qarşısının alınmasına davam edilən bir vaxt iqtisadi fəaliyyətlərin necə bərpa edilə bilməsi məsələsi üzərində düşünür.