Çubays vəzifədən getdi
Rusiyanın Nano-Texnologiyalar Açıq Cəmiyyəti İdarə Heyətinin sabiq sədri, tanınmış iqtisadçısı Anatoli Çubays nanotexnologiya sənayesi müəssisəsinin konqresində sonuncu çıxışını edib.
Rakus.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
“Bu mənim üçün sonuncu konqres və sonuncu iş günü oldu. Təəssüf ki, belə oldu”, – A.Çubays bildirib.
Xatırladaq ki, 65 yaşlı Anatoli Çubays 1991-ci ildə Rusiyada müxtəlif aparıcı vəzifələrdə çalışıb. 1990-cı illərdə ölkədəki iqtisadi islahatların ideoloq və rəhbərlərindən olub. 2000-ci illərdə Rusiyanın elektro-energetika sahəsində islahatlara başçılıq edib. 2008-ci ildə Rusiya Dövlət Nanotexnolgiya şirkətinin baş direktoru, 2011-ci ildən isə Rusiya Nano-Texnologiyalar Açıq Cəmiyyəti İdarə Heyətinin sədri olub.
Rusiyanın ilk prezidenti Boris Yeltsinin ən yaxın adamlarındandır.
Xatırladaq ki, dekabrın 2-də Rusiya Prezidenti Vladimir Putin onun yerinə Sergey Kulikovu təyin edib.