“Cümhur ittifaqı”nın mitinqi oldu - FOTO
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) ilə müxalifətdə olan Milliyyətçi Hərəkat Partiyasının (MHP) birləşdiyi “Cümhur ittifaqı” Ankarada izdihamlı mitinq təşkil edib.
Rakus.az xəbər verir ki, mitinq martın 31-də ölkədə keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniyası çərçivəsində təşkil olunub.
Türkiyə Prezidenti, AKP-nin sədri Rəcəb Tayyib Ərdoğan və MHP-nin sədri Dövlət Baxçalı mitinqdə çıxış ediblər. Çıxışlarda əminliklə ifadə olunub ki, Türkiyə seçiciləri martın 31-də düzgün seçim edərək yerli özünüidarəetmə orqanlarını qurub yarada bilən namizədlərə etibar edəcəklər. Diqqətə çatdırılıb ki, namizədlərini qarşılıqlı olaraq dəstəkləyən AKP və MHP terrorizmə, o cümlədən FETÖ-yə və PKK-ya qarşı mübarizədə sonadək bir yerdə olacaqlar.
Xatırladaq ki, “Cümhur ittifaqı”nın Ankara Böyükşəhər Bələdiyyəsinə sədrliyə namizədi Ədalət və İnkişaf Partiyasının təmsilçisi Mehmet Özhasekidir. (AZƏRTAC)