Dünya 22.08.2020 16:00

“Dağlıq Qarabağı Ermənistan işğal edib” – rus politoloq

Rusiya Xarici İşlər naziri  Sergey Lavrovun “Trud” qəzetinə verdiyi müsahibədə Ermənistanın Azərbaycan boru kəmərlərindən 15 kilometr məsafədəki keçid məntəqəsini yenidən bərpa etmək qərarının iyul ayında eskalasiyaya təkan verməsi barədə sözləri Ermənistanda gözlənilən qəzəbə səbəb olub.

Erməni fəal Erna Aslanyanın yazdığı kimi: “Kreml Ermənistanı münaqişəni başlamaqda və alovlandırmaqda ittiham etdi. Rusiyanın fikrincə, Ermənistan Azərbaycanın “artan narahatlığına” “əsassız cavab verdi”. Yeni aqressiya olarsa, Rusiyadan real kömək gözləyən kimsə varmı?”

Lakin bir daha aydın oldu ki, erməni tərəfinin sərhəddə vəziyyətin alovlanmasında Azərbaycanı günahlandırması ilə bağlı versiyası tamamilə əsassızdır.

Tanınmış rus ictimai xadimi, politoloq, Siyasi Tədqiqatlar İnstitutunun baş direktoru Sergey Markov Media.Az-a müsahibəsində Rusiya Xarici İşlər (XİN) naziri Sergey Lavrovun açıqlamasına münasibət bildirib.

– Rusiya XİN başçısı Sergey Lavrovun açıqlamalarından sonra yenidən suallar yarandı. Sərhəddəki vəziyyəti gərginləşdirən İrəvan hansı məqsədləri güdürdü?

– Bu məsələ ilə məşğul olan əksər mütəxəssislər Nikol Paşinyanın bu böhranı niyə təhrik etməsi ilə bağlı suallara cavab tapa bilmirlər. Bir neçə versiya var.

Birinci. Nikol Paşinyan daxili siyasi böhrandan çıxmağa və vətənpərvər yönümlü cəmiyyəti öz tərəfinə çəkməyə çalışdı. Bununla da reytinqini artıra bilər.

İkinci. Bu təxribat, əvvəlki hökumət nümayəndələri – Robert Koçaryan və Serj Sarqısyan da daxil olmaqla, daxili düşmənlərə qarşı repressiyalardan diqqəti kənarlaşdırmağa yönəldilib.

Üçüncü. Bu, “Kazan formulu”nun həyata keçirilməsinə nail olmaq məqsədi ilə qurulmuş hiyləgər plan idi, hansı ki, İrəvanın Dağlıq Qarabağ ətrafında işğal etdiyi yeddi rayon Bakıya qayıtmalı idi. Paşinyan bu planı yerinə yetirmək istəyir, çünki bunun qarşılığında Azərbaycan və Türkiyənin iqtisadi blokadasının qaldırılmasına nail olacaq.

Lakin Ermənistanın baş naziri radikallardan qorxaraq bunu etməkdən çəkinir və buna görə də bu məsuliyyəti beynəlxalq ictimaiyyətlə bölüşməyə çalışa bilər. Bir böhrana təhriklə , ATƏT-in Minsk Qrupunun həmsədrlərini cəlb edərək “Kazan formulu”na beynəlxalq vasitəçilərin təzyiqi altında razılaşmağa nail olmaq olar.

Bütün bu versiyalar təxribat üçün yerin məhz Azərbaycanla Ermənistanın sərhəddində seçilməsini də izah edir. Əgər Qarabağdakı təmas xəttində hansısa təxribat olsaydı, o zaman Azərbaycan həlledici hücuma keçəcək, çünki KTMT (Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı) müqaviləsi bu (işğal olunmuş – red.) ərazini qorumur .

– İstər rəsmi İrəvan, istərsə də separatçı rejimin nümayəndələri daim Azərbaycan ərazisinə zərbə endirməklə hədələyirlər…

– Ermənistan rəhbərliyi sadəcə seçicilərin gözü qarşısında daha güclü görünmək istəyir. Bu, həm də Nikol Paşinyana hörmət etməyən ordu üçün bir mesajdır. Ermənistanın baş naziri həmçinin Rusiya, Türkiyə, Azərbaycanın gözündə güclü görünmək istəyir…

– Ancaq eyni zamanda, Ermənistan işğal olunmuş Dağlıq Qarabağı “müstəqil dövlət” kimi tanımağa cəsarət etmir, baxmayaraq ki, özünü elan etmiş rejimin “təhlükəsizlik qarantı” olduğunu bəyan edir…

– İrəvan  (“DQR”-ı tanımayaraq – red.) Dağlıq Qarabağın bir növ müstəqilliyini göstərməyə çalışır. Halbuki, bu ərazinin Ermənistan tərəfindən işğalı çox aydındır. Erməni çağırışçılarının orada hərbi xidmət etməsi bunun təsdiqi üçün kifayətdir.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO