Daha bir dəhşətli epidemiya barədə XƏBƏRDARLIQ olundu
Rusiyalı həkim və televiziya aparıcısı Aleksandr Myasnikov dünya üçün yüksək ölümlə nəticələnəcək yeni bir epidemiya proqnozlaşdırıb.
Rakus.az xəbər verir ki, həkimin sözlərinə görə, insanlar COVID-19 kimi epidemiyalara hazır deyillər. Xüsusilə onlarla mübarizə aparacaq universal bir peyvənd yoxdur:
“35-40 faiz ölüm nisbəti ilə bir virus gəlirsə, ona qarşı peyvəndin yaradılmasına qədər on milyonlarla insan ölür. Demək istəyirəm ki, indi bütün alimlər səylərini belə bir peyvəndin yaradılması üzərində cəmləşdirməlidirlər! İstənilən pulu, vasitəni təmin edin. Yoxsa sonradan baha başa gələcək”.
Myasnikova görə, bəşəriyyət üçün quş və ya donuz qripi təhlükəsi var.
“Virusoloqların yazdığı kimi: Bir-iki mutasiyadan sonra bizi ciddi epidemiya gözləyir. (…) Çində də quşlarda və donuzlarda mutasiya davamlı olaraq qeydə alınır, fəlakətə bir addım var!” – mütəxəssis vurğulayıb.