Daxili Təhlükəsizlik Naziri vəzifədən getdi
ABŞ-ın Daxili Təhlükəsizlik Nazirliyinin başçısı Kirsten Nilsen vəzifədən getdi.
Rakus.az xəbər verir ki, Nilsen bu barədə özü prezident Donald Trampa müraciət edib.
Tramp öz növbəsində bildirib ki, nazirin vəzifələrini müvəqqəti olaraq Kevin Makalinan yerinə yetirəcək. “Daxili təhlükəsizlik naziri Kirsten Nilsen öz postunu tərk edir, xidmətinə görə ona təşəkkürümü bildirmək istərdim”, – deyə Tramp özünün “Tvitter” səhifəsində yazıb.
….I am pleased to announce that Kevin McAleenan, the current U.S. Customs and Border Protection Commissioner, will become Acting Secretary for @DHSgov. I have confidence that Kevin will do a great job!
— Donald J. Trump (@realDonaldTrump) April 7, 2019
Xatırladaq ki, Kevin Makalinan ABŞ-ın hazırki gömrük-sərhəd xidmətinin rəhbəridir.