Rusiya Federasiyasının Dərbənd şəhərində quraşdırılan nəhəng yolka Yeni il şənliyinin keçirildiyi zaman yanmağa başlayıb.
Rakus.az xəbər verir ki, hadisə yerinə yanğınsöndürən briqadalar gəlib.
İlkin məlumata görə, yanğın nəticəsində zərər görən olmayıb.
Xatırladaq ki, Dağıstan Respublikasının paytaxtında quraşdırılan Yeni il yolkasının hündürlüyü 43 metrdir.