Dərman preparatlarını gizli gətirənlər saxlanıldı
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları dərman preparatlarının Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirmə cəhdinin qarşısını alıblar.
Rakus.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, belə ki, İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və “Qırmızı kanal”a yönləndirilib.
Vətəndaşa məxsus əl çantası rentgen aparatından keçən zaman monitorda şübhəli əşyalar təsvir olunduğuna görə təkrar baxış keçirilməsi üçün yoxlama otağına dəvət olunub. Nəticədə çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, şifahi, elektron və yazılı bəyan edilməyən 13 adda dərman preparatları və çantada olan ayaqqabının içərisindən dərmanlara aid təlimatlar aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.