DİN: 22 COVID-19 xəstəsinə cinayət işi açıldı
COVID-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar aktiv koronavirus xəstələrinin profilaktikasına nəzarət gücləndirilib.
Rakus.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
İnfeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədilə daxili işlər orqanlarının əməkdaşları tərəfindən dekabrın 17-də respublikamızın ərazisində 33 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb, onlardan 29 nəfər evə qaytarılıb, 4 nəfər daha ağır xəstə xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, 22 nəfər barəsində Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.