Hadisə 08.04.2019 17:03

Direktorun rüsvayçı səs yazısı yayıldı

Şagirdi faciəli şəkildə vəfat edən 162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasova intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ailəsi haqqında təhqiramiz fikirlər səsləndirib.

Rakus.az xəbər verir ki, direktorun səs yazısını “Mövqe.az” yayıb. Direktor baş vermiş hadisənin məsuliyyətini üzərindən atmaq və bu hadisədə uşağın ailəsini günahlandırmaq üçün jurnalistə bilərəkdən yanlış məlumat verib. Direktor səs yazısında Elinanın uğursuz ailənin uşağı olduğunu əsas gətirərək, bir növ intiharına haqq qazandırır.

 

 

Direktorun səs yazısı ilə bağlı Elinanın atası Ədalət Hacıyev verdiyi açıqlamada bildirib ki, məktəb direktoru baş vermiş hadisədə məsuliyyətdən yayınmaq üçün onun ailəsinə ləkə atır.

Ata bildirib ki, övladının yas mərasimində belə məktəb rəhbərliyi və ya müəllimlərdən heç kəs iştirak etməyib:

“Mənim qızım dünyasını dəyişib, bir yeniyetmə ölüb, ancaq məktəb direktorunun dediyi sözlərə baxın. Mən burada ölürəm acıdan. Mənim uşağıma, ailəmə bu nə ləkədir atırlar? Harada görüblər ailəmin, övladımın tərbiyəsizliyini? Belə idisə, niyə o direktor mənim qızımı uzaqlaşdırmırdı məktəbdən? Dünyasını dəyişən bir qız uşağı haqda belə sözləri demək nə qədər insanlığa sığar?

Bir şagird məktəbdə intihar edib, ancaq məktəbin rəhbərliyi, müəllimlər – heç kəs uşağımın yasına gəlməyib. Çünki onların məsuliyyətsizliyi, yarıtmazlığı ucbatından bu hadisənin baş verdiyini yaxşı bilirlər. Mənim qızım məktəbdə son günlər təzyiqlərə, təhqirlərə məruz qalırmış. Məktəb rəhbərliyi bunu bildiyi halda niyə qarşısını almayıb? Ancaq indi bir körpəni ləkələməyə utanmır”.

Məktəbli özünü 3-cü mərtəbədən atdığı və xəstəxanaya yerləşdirildiyi gündən məsələni diqqətdə saxlayan və mütəmadi olaraq Elinanın səhhəti ilə bağlı məlumat verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə  açıqlamasında bildirib ki, direktorun ailəni ləkələyən səs yazısından sonra ata özünü öldürmə həddinə çatıb:

“Biz Elinanın yas mərasimindəyik. Ailənin vəziyyətindən danışılası deyil. Atanı güclə saxlayıblar. İnanın, özünü öldürür”.

Xatırladaq ki, 4 aprel tarixində 162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva özünü məktəbin 3-cü mərtəbəsindən atıb. Məktəbli çanaq sümüyünün sınığı, döş qəfəsinin, ağ ciyərin, yumşaq toxumaların əzilməsi diaqnozu ilə Klinik Tibb Mərkəzinə yerləşdirilib. İki gün sonra xəstəxanada dünyasını dəyişib. (Axar.az)

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO