Səhiyyə 24.04.2019 10:15

DNT-nin aparılması qaydası müəyyənləşdi

“Dezoksiribonuklein turşusu (DNT) analizinin aparılması üçün bioloji materialın götürülməsi, onun uçotu, saxlanılması, istifadəsi, verilməsi və məhv edilməsi Qaydası” təsdiqlənib.

Rakus.az xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Qanuna əsasən ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslər, şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslər və xəbərsiz itkin düşmüş şəxslərin bioloji qohumları (bioloji valideynlər və ya övladları ilə birlikdə ər (arvad) məcburi dövlət genom qeydiyyatından keçirilir. Naməlum meyitlər də məcburi dövlət genom qeydiyyatından keçirilməlidirlər.

Məcburi dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

– ağır və ya xüsusilə ağır, həmçinin şəxsiyyətin cinsi toxunulmazlığı və cinsi azadlığı əleyhinə cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən və ya belə cinayətə görə məhkum olunmuş şəxslərdən bioloji material təhqiqat orqanlarının əməkdaşları, ibtidai istintaq orqanlarının əməkdaşları və ya həmin orqanların müraciəti ilə Daxili İşlər Nazirliyinin kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

– şəxsiyyətinin başqa üsullarla müəyyən edilməsi mümkün olmayan, habelə səhhətinə və ya yaşına görə özü haqqında məlumat vermək qabiliyyətinə malik olmayan şəxslərdən, xəbərsiz itkin düşmüşlərin bioloji qohumlarından (bioloji valideynlərdən və ya övladları ilə birlikdə ər-arvaddan) bioloji material məhkəmə, əməliyyat-axtarış fəaliyyətini, təhqiqat və ya istintaqı həyata keçirən orqanların qərarına əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

Məcburi dövlət genom qeydiyyatından keçirilən naməlum meyitlərdən bioloji material qismində qan, tük, dırnaq, diş, sümük və ya orqanizmin digər ifrazatlarından və ya toxumalarından biri və ya bir neçəsi Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyində meyitin müayinəsi zamanı DİN-in kriminalistika xidməti əməkdaşı tərəfindən götürülür. Könüllü dövlət genom qeydiyyatından keçirilən şəxslərdən bioloji material aşağıdakı qaydada götürülür:

– könüllü dövlət genom qeydiyyatından keçmək istəyən Azərbaycan Respublikasının vətəndaşlarından, Azərbaycan Respublikasının ərazisində olan əcnəbilərdən və ya vətəndaşlığı olmayan şəxslərdən bioloji material onların DİN-ə ünvanlanmış yazılı ərizələrinə əsasən DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən;

– məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayılmış Azərbaycan Respublikası vətəndaşlarından, həmçinin yetkinlik yaşına çatmayanlardan bioloji material onların qanuni nümayəndələrinin DİN-ə ünvanlanmış yazılı ərizələri əsasında və həmin nümayəndələrin iştirakı ilə DİN-in kriminalistika xidmətinin əməkdaşı tərəfindən.

Şəxslərdən götürülmüş bioloji materialın qablaş-dırılmasının üzərində şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar göstərilir. Naməlum meyitlərdən götürülmüş bioloji materialın qablaşdırılmasının üzərində materialın götürüldüyü yer, tarix, saat, mahiyyəti və təsviri, bioloji materialı götürən şəxsin iş yeri, vəzifəsi, soyadı, adı və atasının adı qeyd olunur. Müvafiq qaydada götürülmüş bioloji material və məlumat DNT analizinin aparılması, DNT profilinin əldə olunması və DNT Məlumat Bankında saxlanılması üçün DİN Kriminalistik Tədqiqatlar İdarəsinə göndərilir. Əldə olunmuş bütün bioloji materiallar +40C temperaturda soyuducu konteynerdə qorunur və 24 saatdan gec olmayaraq təyinatı üzrə çatdırılır.

Göndərilən bioloji materialın məlumatında aşağıdakılar qeyd olunur:

– genom qeydiyyatının aparılmasının əsası və tarixi;

– məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxsin fərdi identifikasiya nömrəsi, soyadı, adı, atasının adı, vətəndaşlığı, cinsi, doğulduğu yer və tarix, şəxsin yaşadığı və ya olduğu yer üzrə qeydiyyatı haqqında məlumatlar;

– bioloji materialı götürmüş və məlumatı hazırlamış təhqiqat orqanlarının, ibtidai istintaq orqanlarının adı və ya DİN.

DNT analizinin aparılması üçün daxil olan bioloji materialın müşayiət sənədləri DİN-in Kriminalistik Tədqiqatlar İdarəsində qeydiyyatdan keçirildikdən sonra uçota alınır. Bioloji materialın uçotu 3 istiqamətdə aparılır:

– məcburi dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

– könüllü dövlət genom qeydiyyatından keçirilmiş şəxslərin bioloji materialının uçotu;

– naməlum meyitlərdən götürülmüş bioloji materialın uçotu.

Şəxslərdən götürülmüş bioloji material DNT analizi başa çatana və DNT profili əldə olunanadək, xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Naməlum meyitlərdən götürülmüş bioloji material DNT analizinə daxil olduğu andan xüsusi soyuducuda müvafiq şəraitdə saxlanılır. Analiz başa çatdıqdan və müvafiq sənədlər tərtib olunduqdan sonra bioloji material 3 iş günü müddətində sorğu verən orqana qaytarılır. Dövlət genom qeydiyyatının keçirilməsi məqsədilə daxil olmuş bioloji material DNT analizinin keçirilməsi və DNT profilinin əldə edilməsi üçün istifadə olunur. Şəxslərdən götürülmüş bioloji material DNT analizi və DNT profilinin əldə olunması zamanı tam istifadə edilir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO