Dörd erməni zabiti fərarilik etdi
Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin bölmələrindən birinin dörd zabiti avtomobil qəzasında xəsarət alıb.
Rakus.az xəbər verir ki, fərarilik edən zabitlər Vartan Arakelyan, Artur Danelyan, Andranik Santryan və Ararat Atoyan avtomobil qəzasında xəsarət aldıqları üçün mülki xəstəxanaya çatdırılıblar. Həmin şəxslərin Ermənistan ordusunun zabitləri olduqları müəyyənləşdikdən sonra onlar hərbi hospitala təxliyə edilib.
KİV-lərin istinad etdiyi mənbənin məlumatına görə, erməni zabitlər Tovuz rayonu istiqamətində gedən döyüşlərə cəlb olunacaqlarını bildikdən sonra zabitlərdən birinin şəxsi avtomobili ilə xidmət yerini icazəsiz tərk edib gedərkən yolda qəzaya uğrayıblar.
Fakt ictimaiyyətdən ciddi-cəhdlə gizlədilsə də, fərarilik edən zabitlər barəsində hərbi polis tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.