Dörd ölkə Avropa Parlamenti seçkiləri keçirir
Slovakiya, Malta, Latviya və Çexiya Respublikasının seçiciləri şənbə günü Avropa Parlamenti seçkilərində iştirak etmək üçün seçki məntəqələrinə üz tutublar.
Rakus.az xəbər verir ki, seçkilər 4 gün ərzində Avropa İttifaqının 28 ölkəsində keçiriləcək. Avropa İttifaqının budəfəki seçkiləri xüsusilə əhəmiyyətli hesab olunur.
Çoxları millətçi və ifrat sağçıların yaxşı nəticə əldə edəcəyini və qanunvericilikdə təmsil olunaraq, Avropa İttifaqının sahib olduğu gücü milli hökumətərə verməyə çalışacaqlarını proqnoz edir.
Mərkəzçi partiyalar isə öz növbəsində Avropa İttifaqı ölkələri arasında münasibətləri möhkəmlətmək istəyir. İttifaq İkinci Dünya Müharibəsindən sonra yeni münaqişələrin qarşısını almaq məqsədilə qurulmuşdu.
Britaniya, İrlandiya və Nederland artıq səs verib. Çexiya cümə günü səsverməyə başlasa da, seçkilər şənbə günü də davam edir.
Slovakiya, Malta və Latviya Avropa Parlamenti seçkilərini şənbə günü keçirir. İttifaqın digər üzv ölkələri seçkiləri bazar günü keçirir.
Rəsmi nəticələr, bütün ölkələrin səs verməsindən sonra, bazar günü axşam elan ediləcək.