DSk: Dünyanın 107 ölkəsinə 11 milyard dollarlıq məhsul satılıb
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 182 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib.
Rakus.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu dövr ərzində 107 ölkəyə məhsul ixrac olunub, 173 ölkədən idxal olunub.
2020-ci ilin 10 ayında ölkənin xarici ticarət dövriyyəsi 19 milyard 894,2 milyon ABŞ dolları təşkil edib.
Ticarət dövriyyəsinin 11 milyard 126,8 milyon dollarını və ya 55,9 faizini ölkədən ixrac olunmuş məhsulların, 8 milyard 767,4 milyon dollarını və ya 44,1 faizini isə idxal məhsullarının dəyəri təşkil edib. Nəticədə 2 milyard 359,4 milyon dollar məbləğində müsbət saldo yaranıb.
2019-cu ilin yanvar-oktyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 27,5 faiz, real ifadədə 21,7 faiz, o cümlədən idxal 37,6 faiz, ixrac isə 10,4 faiz azalıb.
2020-ci ilin yanvar-oktyabr aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 8,2 faiz, real ifadədə isə 17,7 faiz azalaraq 1 milyard 444,4 milyon dollar təşkil edib.