Dünya 31.03.2021 15:23

Dünya Bankı Azərbaycanın ÜDM artımı proqnozunu yaxşılaşdırdı

Dünya Bankı (DB) Azərbaycanın 2021-ci ildə ÜDM artımı proqnozunu yanvar ayındakı 1,9%-dən 2,8%-ə qədər, 2022-ci il üzrə proqnozu isə 3,9%-dən 4,5%-dək yaxşılaşdırıb.

Rakus.az xəbər verir ki, bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya (AMA) regionunun iqtisadiyyatı haqqındakı “Məlumat, Rəqəmsallaşma və İdarəetmə” (“Data, Digitalization and Governance”) hesabatında deyilir.

2023-cü ildə Azərbaycan iqtisadiyyatının artımının 3,4% olacağı proqnozlaşdırılır.

“AMA-nın digər subregionlarında olduğu kimi, Cənubi Qafqazda da 2020-ci ilin dördüncü rübündə gündəlik yeni yoluxma hallarının sayı yenidən artıb. Bundan ən çox əziyyət çəkən Gürcüstan olub. Orada əhali sayına düşən yoluxma hallarının sayı Ermənistan və Azərbaycandakı pik templəri ilə müqayisədə təxminən üç dəfə artıb. Bununla belə, Cənubi Qafqazda adambaşına düşən ən yüksək ölüm səviyyəsi Ermənistandadır. Ermənistan eyni zamanda 2020-ci ilin sonunda artım fonunda ikinci təcrid rejiminə girməyən yeganə ölkədir”, – hesabatda bildirilir.

DB hesab edir ki, Cənubi Qafqazda tədarükün gecikməsi səbəbindən peyvəndin tətbiqi çətin olub, lakin fevral ayında Azərbaycanda “Sinovac” peyvəndinin çatdırılması ilə əlaqədar vaksinasiya kampaniyası başlayıb: “Ümumi irəliləyiş yavaş olsa da, Britaniyanın “AstraZeneca” əczaçılıq şirkətindən və Rusiyadan “Sputnik V” peyvəndinin alınması bu ilin sonuna qədər aşılanma prosesinə kömək edə bilər. Aşılamanmaya qarşı yüksək istəksizlik, xüsusən də Gürcüstanda, peyvəndləmə üzrə daha genişmiqyaslı səylərə mane ola bilər”.

Hesabatda deyilir ki, Azərbaycanla Ermənistan arasındakı müharibə və COVID-19 ilə bağlı yüksək yoluxma və ölüm göstəriciləri səbəbilə 2020-ci ildə Cənubi Qafqazda AMA-nın subregionları arasında ən böyük geriləmə qeydə alınıb. 2021-ci ildə 3,1%-ə qədər artım, 2022-ci ildə isə onun 4,2%-dək sürətlənməsi proqnozlaşdırılır.

“2021-ci ilin əvvəllərindəki bərpa səssiz-səmirsiz keçir, ancaq pandemiya səbəbindən aşağı daxili tələbatı, habelə Ermənistandakı daxili siyasi gərginliyi və Gürcüstanda nəqliyyat və turizm sahəsində davamlı azalmanı əks etdirir.

Ermənistan və Gürcüstan faizləri qaldırdığından pul-kredit siyasəti sərtləşib. Ümumilikdə, adambaşına düşən ÜDM-nin 2022-ci ilə qədər pandemiya öncəsi proqnozlardan 7% az olacağı gözlənilir. Proqnoz pandemiya və münaqişələrlə bağlı sarsıntılara, eləcə də istehlakçı və işgüzar inamın yaxşılaşdırılması ilə yanaşı turizmin bərpasına əsaslanır. Proqnozlaşdırılan dövrdə Azərbaycanda aktivliyin neft qiymətlərinin sabitləşməsi və azad edilmiş ərazilərdə investisiya və yenidənqurma xərcləri hesabına iqtisadiyyatın artımı ilə genişlənəcəyi gözlənilir. Ermənistanla Azərbaycan arasındakı atəşkəs razılaşmasının bölgədəki geosiyasi gərginliyin azaldılmasına kömək edəcəyi gözlənilir”, – DB-nin hesabatında deyilir.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO