Dünya 29.03.2021 17:52

Dünya Bankı Azərbaycanla bağlı etiraf etdi

“Koronavirus (COVID-19) pandemiyası səbəbindən Dünya Bankının Azərbaycanla reallaşdırdığı bir sıra layihələrdə yubanmalar olub”.

Rakus.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Sara Maykl (Sarah Michael) deyib.

S.Mayklın sözlərinə görə, gecikmələrin əsas səbəblərindən biri də beynəlxalq uçuşlara qadağa qoyulmasıdır:

“Bilirsiniz ki, bizim üçün təhlükəsizlik hər şeydən öndə gəlir. Həmçinin regiona təyyarə reyslərində məhdudiyyətlərin olması da bəzi əməkdaşlarımızın bölgəyə səfər etməsinə imkan vermədi. Biz bunların hamısından əmin olmalı idik.

Digər tərəfdən sosial məsafə və bir sıra protokol qaydalarına da əməl etmişik. Amma mən maliyyələşdirdiyimiz layihələrin irəliləməsi üçün müxtəlif həll yolları tapdığına görə Dünya Bankının heyətini tərifləmək istəyirəm.

Beləliklə bəzi gecikmələrin olmasına baxmayaraq, fəaliyyətimiz davam edib. Artıq bir neçə aydır ki, açılmalar başlayıb. Ümid edirik ki, tezliklə beynəlxalq sərhədlər də açılacaq.

Bildiyiniz kimi, bəzi ekspertlərin və bir sıra xaricdən gələn mal və materialların idxalında müəyyən gecikmələr olub. Ancaq bunlar o qədər də xüsusi əhəmiyyət kəsb etmir. Bu səbəbdən də ümid edirik ki, hazırda davam edən layihələrimiz kiçik gecikmələrə baxmayaraq, qrafikə uyğun tamamlanacaq.

İrəli getmək üçün bir çox rəqəmsal modullardan istifadə etmək imkanları olduğu halda fəaliyyətimizi dayandırmaq fikrimiz yoxdur.

Müəyyən çətinliklərin olmasına baxmayaraq, layihə komandalarının öz işlərini yaxşı yerinə yetirmələrini qeyd etməliyəm və hələ də çox uğurlu davam edən layihələrin portfelləri üçün heç bir risk yoxdur”.

Xatırladaq ki, Azərbaycan 1992-ci ildən Dünya Bankı ilə əməkdaşlıq edir. Bu dövr ərzində Bank Azərbaycanın reallaşdırdığı 50-dən artıq layihəyə 4 milyard ABŞ dolları civarında vəsait ayırıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO