Dünya 03.03.2020 16:30

Dünya iqtisadi mexanizmi və COVİD-19 – TƏHLİL - FOTO

Dünya İqtisadiyatı çox mürəkkəb və qloballaşmış, öz tendensiyalarına, aspektlərinə söykənən sistemdir. Mövcüd olan nəzəri konsepsiyaların daha da düzgün işləməsi, interpretasiyaların orientirləşdirilməsi və təməli şəkildə düzgün iqtisadi mexanizmlərin qurulması məhz beynəlxalq əlaqələrin və dünya iqtisadiyyatının əsasını təşkil edir.

Amerikan iqtisadçısı Ceyms Dyuzenberri qeyd etdiyi kimi: Dünya iqtisadiyyatının əsası, ümumilikdə, iqtisadi elmin əsası insanların qurduğu münasibətlərə söykənir. Doğrudan da bu gün mövcüd olan iqtisadi mexanizm məhz insanların öz yanaşmalarından və iqtisadi baxışlarından, daha doğrusu yaratdığı münasibətlərdən çox asılıdır.

Belə ki, dünyada baş verən həm iqtisadi bum, eyni zamanda da iqtisadi tənəzzül yaranmış olan teoretik konsepsiyaların nəticəsidir. Nəticə etibarı ilə yaranmış olan, situasiya qurulmuş olan iqtisadi mexanizmin və sistemin silkələnməsinə səbəb olur. Bu da, iki cür ola bilər, ya inkişaf, və ya tənəzzül…

Yaşamaqda olduğumuz qloballaşmış iqtisadiyyat yaxın gələcəkdə bəzi neqativ halların mövcüdluğuna dəlalət edir.

Business İnsider nəşrinin məlumatına görə Dünya iqtisadiyyatı 2009-cu ildə yaşanan maliyyə krizisinin daha da sürətlisini yaşaya bilər. Belə ki,  Bank Amerika ekspertlərinin rəyinə əsasən 2020-ci ildə Çin iqtisadiyyatı mövcüd olan epidemiyaya görə (koronavirus) iqtisadi artımı 5.6%-dən 5%-dək enmə ehtimalı var. Hətta bəzi iqtisadçıların rəyinə əsasən isə, bu rəqəm 2.2%-dək enə bilər.

Yaşanan mövcüd epidemiyanın, daha doğrusu yanlış qurulmuş iqtisadi mexanizmin nəticəsi olaraq dünya iqtisadiyyatında ümumi inkişaf 2020-ci ildə 2.8%-dək enəcəkdir ki, bu da on il bundan öncə yaşanan maliyyə krizisindən də acınacaqlı göstərici hesab edilir. Son on ildə dünya iqtisadiyyatında ən aşağı göstərici 3%-dən yuxarı olub ki, bu da sabit hal hesab edilir.

Lakin Beynəlxalq Valyuta Fondunun nümayəndəsi Kristalina Georgiyevnanın qeyd etdiyi kimi, yaşanan epidemiyanın cari ilin ikinci kvartalında səngiməsi ümumilikdə, Cin iqtisadiyyatının qismən artım tempinə səbəb olacaq. Nəticə etibarı ilə BVF-nin bu illik proqnozları 3.3%-lik iqtisadi artımla müşahidə ediləcək.

Eyni zamanda da unutmayaq ki, yaşanan bu epidemioloji sarsıntı ümumilikdə Dünya iqtisadiyyatına milyardların itirilməsinə səbəb olmaqdadır. Bu isə, ən azı növbəti 2 il ərzində bərpa meyarını tələb edir…

Oxford Economiks Mərkəzinin rəyinə əsasən isə 2020-ci ildə dünya iqtisadiyyatında epidemiyanın vurduğu ziyanın nəticəsi ən azı 1.1 trilyon ABŞ dolları həcmində olacaq. Bunu əyani halda təsəvvür etmək özlüyündə böhranın nə qədər dağıdıcı və məhv edici olduğunun şahidiyik.

Bəzən bunu iqtisadi terminlə “spillover efffects”, yəni ciddi yan fəsadların meydana gəlməsi adlandırırlar. Əslində bunu pandemiya da adlandırmaq olar, çünki bu pandemiyanın yaşatdığı fəsadlar ümumilikdə Dünya iqtisadiyyatına olduqca və sağalması zaman alan fəsadlar törətməkdədir…

Yaşanan istənilən böhran və ya xaotik məqam və an növbəti artımın və inkişafın təməli deməkdir. Belə ki, düşünün, təkcə farmaçeftika üzrə Çindən asılılıq 85% təşkil edirmiş. Bu heç də normal hal deyil, çünki yuxarıda qeyd etdiyimiz kimi, iqtisadi mexanizm mürəkkəb olduğu kimi, onun düzgün formalaşdırılması da mürəkkəb, eyni zamanda da ciddi diqqət tələb edən konsepsiyanı təşkil etməlidir.

Bir faktı nəzərinizə çatdırım, təkcə ötən il Pekin hava limanı 100 milyondan artıq insan qəbul etmişdir, və Çin əhalisi isə bunun müqabilində 150 milyondan çox vətəndaşını 140-a yaxın ölkəyə səyahətini təşkil edib. Bu ilin fevral ayında isə bu rəqəm ötən ilin həmin dövrü ilə müqayisədə düz 87% azalma ilə müşahidə edilib. Beynəlxalq daşımaçılıqda COVİD-19 pandemiyasının səbəbi olaraq Avropadan Çinə doğru 100-ə yaxın bərənin çatdırılması dayandırılıb.

Londonun məşhur “Harrods” ticarət mərkəzinin rəsmi hesabatına görə, təkcə 2019-cu ildə Çin vətəndaşlarının həmin ticarət mərkəzində sərfiyyatı 300 milyon funt sterlinqdən artıq olub ki, bu da ümumilikdə mərkəzin illik 10%-lik gəlirini təşkil edir.

İndi təsəvvür edək, dünya iqtisadiyatı hansı rəqəmlərlə rastlaşır və bu pandemiyanın fəsadları nə deməkdir.

Lakin unutmayaq ki, baş verən istənilən reçessiya və ya tənəzzül növbəti artımın və proqresin mövcüdluğuna dəlalət edir və çox ümidvarıq ki, yaşanan iqtisadı tənəzzül ümumilikdə dünya iqtisadiyyatı üçün daha da sərfəli və pozitiv mexanizmlərin işlənib hazırlanmasına təkan verəcək.

Qafar Əliyev – iqtisadçı ekspert 

 

 

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO