Dünya 07.01.2022 12:30

Dünyada ötən il öldürülən 55 media işçisi arasında Azərbaycan jurnalistləri də var

“Ötən il dünyada 55 jurnalist və media işçisi öldürülüb”.

Rakus.az “Report”a istinadən xəbər verir ki, bunu UNESKO-nun baş direktoru Odre Azule deyib.

O bildirib ki, 2021-ci ildə xeyli sayda jurnalistə həqiqəti üzə çıxarmaq baha başa gəlib: “İndi dünyanın hər zamankından daha çox obyektiv xəbərə ehtiyacı var. Biz bu işi görənlərin qorxmadan işləmələri üçün daha çox çalışmalıyıq. Əvvəlki illərdə olduğu kimi, 2021-ci ildə də jurnalistlər etiraz aksiyalarından reportajlar hazırlayarkən fiziki təzyiqlərə, həbslərə və hədə-qorxulara məruz qalıblar”.

Baş direktor diqqətə çatdırıb ki, UNESKO-nun hesablamalarına görə, ötən il qadın jurnalistlərin təxminən dörddə üçü onlayn təzyiqlərlə üzləşiblər. 2021-ci ildə öldürülən qadın jurnalistlərin üçdə ikisi müharibə olmayan ölkələrdə qətlə yetiriliblər.

O.Azulenin sözlərinə görə, ötən il jurnalist qətli ən çox Asiya-Sakit okean regionunda (23) və Latın Amerikası, Karib hövzəsində(14) baş verib.

“BMT-nin məlumatına görə 2006-cı ildən bəri dünyada hər 10 jurnalist qətlindən 9-nun üstü hələ də açılmayıb”, – baş direktor vurğulayıb.

Xatırladaq ki, UNESKO-nun bütün dünyada jurnalistlərin ifadə azadlığını və təhlükəsizliyini təmin etmək üçün beynəlxalq mandatı var.

Hər dəfə hansısa jurnalist və ya media mütəxəssisi öldürüləndə agentlik hakimiyyəti sistemli şəkildə araşdırma aparmağa çağırır.

UNESKO, həmçinin jurnalistlər və məhkəmə orqanları üçün treninqlər keçirir. Eyni zamanda, qurum hər il 3 May- Beynəlxalq Mətbuat Azadlığı Günü ilə bağlı tədbirlər təşkil edir.

Xatırladaq ki, ötən il dünyada qətlə yetirilən media nümayəndələrindən ikisi azərbaycanlı jurnalistlərdir. Onlar erməni terrorunun qurbanı olublar. Belə ki, 2021-ci il iyunun 4-də saat 11.00 radələrində xidməti vəzifələrinin icrası ilə əlaqədar işğaldan azad edilmiş Kəlbəcər rayonuna ezam olunmuş bir qrup jurnalisti aparan “KamAZ” markalı sərnişin avtomobilinin rayonun Susuzluq kəndi istiqamətində hərəkətdə olarkən tank əleyhinə minaya düşməsi nəticəsində üç nəfər – AZƏRTAC-ın müxbiri M.İbrahimov, Azərbaycan Televiziyasının operatoru Sirac Abışov və Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev şəhid olublar.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO