Dünyanın ən böyük festivalı Afrikada keçirildi - FOTO - VİDEO
Botsvana, Nigeriya və Zimbabve də daxil olmaqla, Cənubi Afrika təxminən 2000-ə qədər musiqiçi ilə dünyanın ən böyük “Marimba və Steelpan” festivalına ev sahibliyi edib.
Rakus.az xəbər verir ki, “Beynəlxalq Afrika Marimba və Steelpan Festivalı”nın təşkilatçıları əlil və ümidsiz insanların digər peşəkar sənətçilərlə bərabər rəqabət aparmalarına imkan verdiyinə görə qürur hissi duyur.
İyul ayının son günlərində keçirilən ikigünlük “Beynəlxalq Afrika Marimba və Steelpan Festivalı” dünyanın ən böyük festivallarından biridir.
Artıq səkkizinci ildir keçirilən bu festival özündə milli Afrika, klassik və hətta rep musiqi janrını birləşdirir. Festivalın təsisçisi Con Litqrou: “Afrikalılar olaraq biz şagirdlərimizə eyni zamanda rəqs etməyi, oxuyub çalmağı tövsiyə edirik, çünki musiqinin bütün üstünlüklərini o zaman hiss etmək olur.”
Festival ümidsiz və əlil insanların peşəkar musiqiçilərlə bir yerdə keçirilən müsabiqədə iştirakından fərəh hissi duyur. Buitumülo Lekaka: “Mən özümü çox yaxşı hiss edirəm, çünki insanlar karların da hər şey edə biləcəyini görür. Yəni bütün dünya boyu eşitmə qabiliyyəti olmayanlar eşidənlərin etdiyini edə bilir. Biz burada marimbada və başqa alətlərdə çala bilirik.”
Beş dəfə “Грэмми Баллот” mükafatının qalibi, amerikalı vibrafon ustası Ceyson “Malletman” (Moletman) Teylor müsabiqənin münsiflər heyəti üzvlərindən biridir. “Mən ilk dəfə idi ki, karlardan ibarət qrupa qiymət verməli idim. Mənim sənin notları necə çaldığın xoşuma gəldi. Sən notları eşitmirsən. Lakin bu ilahidən gələn bir nümətdir. Sizin eşitmədiyinizi onlar bunu hiss edirlər. Bu inanılmazdır.”
Vaxtilə Nigeriyada Steelpan janrının ən yaxşı ifaçılarından olan Seint Cuda müsabiqədə rəqabətin çox yüksək olduğunu deyir. “Həqiqətən rəqabət böyükdür, çünki burada fərqli ölkələrin fərqli məktəbləri iştirak edir.”
Bu müsabiqə 90 master sinifləri ilə bərabər keçirilir. Deyv Reynolds: “Çox emosional və cəlbedicidir. Onların istifadə etdikləri texnika və musiqi bilikləri az olsa da, ifalarnın çoxu ürəkdən gəlir. ”
Bu il ən böyük kubokları ən gənc zərbçilər aldı. Ən yaxşı ifaçı kimi Teylor “Şokolad Mükafatı”na layiq görüldü. Botsvananın “Akasia İbtidai Məktəbi” ən yaxşı səs performansına, Zimbabvenin “Müqəddəs Martinin Convent İbtidai Məktəbi” isə mükafata ən yaxşı marimba ifasına görə layiq görülüb.