Parkın tarixi eramızdan əvvəl mövcud olan Azteklərin dönəminə aiddir. İldə 15 milyon nəfərin ziyarət etdiyi park Çapultepek dağının 2 min metr yüksəkliyindən başlayır.
Park ağaclar, muzey, göl, istirahət yerləri və böyük bir meşənin ev sahibidir. Parkın bir qismində isə Meksiya Prezidentinin sarayı yerləşir.
Xatırladaq ki, parkın tərkibində Beynəlxalq Tarix Muzeyi olan Çapultepek Qalası da var.