Moskva zooparkında 74 il yaşamış Saturn adlı alliqator ölüb.
Rakus.az xəbər verir ki, timsahın özünün 84 yaşı olub və qocalıqdan ölüb.
Maraqlıdır ki, bu növ alliqatorla vəhşi təbiətdə 30-50 il yaşayır.
Saturn 1936-cı ildə ABŞ-da anadan olub. Qısa zaman sonra Berlin zooparkına köçürülən heyvan 1943-cü il noyabrın 23-də baş verən bombardman zamanı oradan qaçıb. 1946-cı ildə britaniyalı əsgərləri tərəfindən aşkar edilən timsah SSRİ-yə təhvil verilib. Elə həmin ilin iyul ayında Saturn Moskva zooparkının üzvünə çevrilib.