Əfqanıstanda 13 hərbçi həlak oldu
Xatırladaq ki, bu il fevralın 29-da ABŞ və “Taliban” hərəkatı arasında sülh sazişi imzalanıb. Sazişə əsasən, Birləşmiş Ştatlar və müttəfiqləri 14 ay ərzində öz qoşunlarını Əfqanıstandan çıxarmalıdır.
“Taliban” hərəkatı isə öz növbəsində ölkə ərazisini Birləşmiş Ştatlar və müttəfiqlərinin təhlükəsizliyinə təhlükə törədəcək fəaliyyət üçün istifadə etməyəcəkləri barədə zəmanət verib.
Saziş, həmçinin “Taliban” və Əfqanıstandakı digər tərəflər arasında danışıqların və atəşkəs rejiminin başlamasını nəzərdə tutur.
Danışıqlardan öncə etimadın möhkəmlənməsi üzrə tədbirlər qismində hərəkatın həbsdə olan 5 min üzvü və Əfqanıstan ordusunun taliblərin əsirliyində saxlanılan minə yaxın əməkdaşı azad edilməlidir. Sənədin bu bəndi qismən yerinə yetirilsə də, hərəkatın silahlıları və hökumət qüvvələri arasında qanlı toqquşmalar davam edir. Bir neçə ay əvvəl Qətərin paytaxtı Dohada başlanmış danışıqlarda hələlik konkret nəticə əldə olunmayıb.