Dünya 18.01.2024 20:38

Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, süjetdə Azərbaycanın Ermənistanla sərhədin müəyyənləşməsi prosesinə Xalq Cumhuriyyəti dövrünə aid  xəritələrini əsas sənəd kimi daxil etməsindən bəhs olunur.

Bildirilir ki, bu, Qərbi Azərbaycan məsələsinin siyasi müstəvidən sonra praktiki müstəviyə keçməsini də aktuallaşdırır: “Prezident İlham Əliyevin bu il yanvarın 10-da yerli televiziyalara verdiyi müsahibədə sərhədlə bağlı dedikləri bu gözləntiləri ön plana çıxardı. Dövlət başçısının səsləndirdiyi fikirlər və irəli sürdüyü istiqamətlərin motivi sərhədin delimitasiyası olsa da, burada əsas məqamlardan birinin Qərbi Azərbaycan məsələsinin növbəti mərhələyə daşınması olduğunu deyə bilərik”.

Qeyd olunur ki, ötən il iyulun 15-də Bresseldə keçirilən üçtərəfli görüşdə Qərbi azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıdışı müzakirə edildi: “Bu adi müzakirə yox, rəsmi Bakının Qərbi Azərbaycan məsələsini diplomatik müstəvidə qəbul etdirməsi idi. Prezident İlham Əliyevin sərhədin delimitasiyası ilə bağlı irəli sürdüyü istiqamətlər isə Qərbi Azərbaycan hədəfinin diplomatik müstəvidən praktiki müstəviyə daşınması planından xəbər verir. Dövlət başçısının delimitasiya prosesinə siyasi metdologiyanı daxil etmək gedişi də bu ərazilər üzərində Azərbaycanın tarixi haqqının tanınması, yaxud cari dövrdə müəyyən bir hissəsinə qayıdışın təmin edilməsi məqsədi daşıyır. Prezident İlham Əliyev delimitasiya prosesinə xronoloji metodu daxil etməklə SSRİ dövründə ermənilərə verilən ərazilərin qaytarılmasını irəli sürür”.

Diqqətə çatdırılır ki, delimitasiya Prezident İlham Əliyevin irəli sürdüyü siyasi metodologiya, yaxud xronoloji metodla müəyyənləşərsə, Qərbi Azərbaycanın ya bütün əraziləri, yaxud da ən azı Zəngəzurun böyük hissəsi Azərbaycanın nəzarətinə keçəcək və doğma yurdundan qaçqın düşmüş soydaşlarımızın öz evlərinə qayıdışı önündə heç bir maneə qalmayacaq.

Sonda vurğulanır ki, Prezident İlham Əliyev xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklif edir: “Bu, əslində Ermənistana açıq mesajdır. Çünki rəsmi İrəvanın başqa yolu qalmayıb. Ya delimitasiya prosesi də daxil olmaqla sülh sazişini Bakının ədalətli tələblərinə uyğun imzalamalı və Qərbi azərbaycanlıların öz evlərinə qayıdışına şərait yaratmalıdır. Ya da AXC xəritələri üz-üzə qalmalı olacaq. Bunu Prezident İlham Əliyev deyir və zaman ispat etdi ki, o dediyini edəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 18-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Dünya, Siyasi / 18.01.2024 20:38
Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO
Siyasi / 18.01.2024 14:07
Azərbaycanın xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklifi – ANONS - VİDEO
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO
Maraqlı, Sosial / 16.01.2024 15:06
İrəvanın gerçək tarixi ermənilərin dili ilə – ANONS
Siyasi / 16.01.2024 14:39
“Qərbi azərbaycanlılar Xankəndiyə köçürülsünlər” – TƏKLİF
Dünya, Təhlil / 16.01.2024 14:32
Erməni ideoloqların və KİV-lərin tarixi təhrif etmə metodu – TƏHLİL
Müsahibə / 16.01.2024 13:05
Qaçaq Qurbanı ermənilərdən kim xilas edib? – ANONS - VİDEO
Mədəni / 16.01.2024 09:50
Təəssübkeşlik və elə-obaya bağlılıq – 60 ilin həyat kredosu
Müsahibə / 15.01.2024 21:19
“Qərbi Azərbaycan 50 milyonluq xalqın prioritet məsələsidir” – MÜSAHİBƏ - FOTO - VİDEO
Siyasi / 15.01.2024 17:40
Əziz Ələkbərli Dunya Miyatoviçə etiraz məktubu göndərib
Maraqlı, Sosial / 13.01.2024 22:12
Qədim Babacan əhalisi hansı səbəbdən keçmişdə kəndi tərk edib? - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 21:03
“Erməni qadın anama demişdi ki, ilin sonuna qədər siz buradan qovulacaqsınız” - FOTO - VİDEO
Maraqlı, Sosial / 12.01.2024 14:05
“35 ildir yurdüm üçün qəlbim sızlayır” – Aidə Xudaverdiyevanın “Həyat Hekayəsi” – ANONS
Mətbuat / 12.01.2024 12:45
MEDİA üç yaşını qeyd edir
Hərbi, Siyasi / 11.01.2024 20:29
Erməni ordusu sərhəddən ən azı 5 kilometr geri çəkilir - FOTO - VİDEO
Siyasi / 11.01.2024 15:31
Rəsmi İrəvanın “güzgü prinsipi” hiyləsi – ANONS - VİDEO
Siyasi / 11.01.2024 13:53
İlham Əliyevin ismarışı – İrəvanın sülh prosesində qeyri-ciddiliyi – TƏHLİL
Gündəm, Maraqlı / 10.01.2024 20:16
Türkiyədən gələn ermənilərin “özəlləşdirdiyi” rayon - VİDEO
Dünya, Təhlil / 10.01.2024 15:47
Azərbaycanın Avropa Şurasına üzvlüyünü dəstəkləyən Fransa niyə dəyişir – TƏHLİL
Sosial / 10.01.2024 13:29
“İzi itirilən oğuz yurdu – Düzkənd rayonu” – ANONS - VİDEO
Müsahibə / 09.01.2024 23:12
Qərbi azərbaycanlılar doğma yurda qayıda biləcəkmi? - VİDEO
Dünya, Sosial / 09.01.2024 21:12
“İrəvan qalasının yerində şərab və konyak zavodu tikilib” - FOTO - VİDEO
Müsahibə, Video müsahibə / 09.01.2024 20:22
“Ermənilər gələcəkləri üçün azərbaycanlılarla dost olmalıdılar” – MÜSAHİBƏ - VİDEO