Yeddi min ildə bir dəfə Yerin yaxınlığından uçan C/2020 F3 (NEOWISE) bu axşam planetimizə ən yaxın məsafədən keçəcək.
Rakus.az xəbər verir ki, son yeddi ildə görünən ən parlaq kometa Yerə 103,52 milyon kilometr məsafəyə yaxınlaşacaq. Astronomların fikrincə, NEOWISE-ın parlaqlığı artıq solmağa başlayıb və iyul ayının ortalarında olduğu kimi görünmür.
Kometa axşam və gecənin birinci yarısında Arabaçı bürcünün (Auriga) yaxınlığında şimal-şərq üfüqünün üstündəki səmada görünə bilər.
Beynəlxalq Kosmik Stansiyada olan rusiyalı kosmonavt İvan Vaqner bundan əvvəl NEOWISE kometasının fotosunu çəkmişdi.
“Onun quyruğunu kosmosdan, Beynəlxalq Kosmik Stansiyadan çox yaxşı görmək olur!” – o şəkilə şərh yazmışdı.