Dünya 08.04.2019 20:45

Ərdoğanın Moskva səfəri davam edir – ÜMUMİ TƏDBİRLƏR

Moskvada Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında görüş, Rusiya-Türkiyə Yüksək Əməkdaşlıq Şurasının VIII iclası, həmçinin dövlət başçılarının iştirakı ilə iki ölkənin işgüzar dairələrinin biznes forumu keçirilib.

Rakus.az Kremlin.ru saytına istinadla xəbər verir ki, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən Yüksək Əməkdaşlıq Şurasının VIII iclasında çıxış edən Rusiya Prezidenti deyib: “Sizi Moskvada salamlamaqdan məmnunuq və biz bu gün Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının səkkizinci iclasını keçiririk. Burada ictimaiyyətin təmsilçiləri, habelə biznesmenlərin iştirakı ilə ikitərəfli əlaqələrimizin perspektivlərini müzakirə edir”.

Rusiyanın dövlət başçısı əlavə edib ki, türkiyəli həmkarı ilə bu il keçiriləcək mədəniyyət və turizm ili çərçivəsində tədbirlər ətrafında da fikir mübadiləsi aparılıb. Onun sözlərinə görə, ötən il iki ölkə arasında ticarətin həcmi 15 faiz artaraq 25 milyard dollara çatıb.

Vladimir Putin qeyd edib ki, Rəcəb Tayyib Ərdoğanla görüşündə 2023-cü ildə istifadəyə veriləcək “Akkuyu” Atom Elektrik Stansiyasının tikintisi, “Türk Axını” layihəsinin vaxtında başa çatdırılması məsələləri də nəzərdən keçirilib. O, həmçinin beynəlxalq məsələlər, iki dövlətin müdafiə nazirlikləri arasında əməkdaşlığın perspektivlərinin də müzakirə olunduğunu diqqətə çatdırıb.

Rusiya Prezidenti bildirib ki, Moskva və Ankara arasında yüksək texnologiyalar, kənd təsərrüfatı, nəqliyyat, maşınqayırma sahələrində də əməkdaşlıq inkişaf edir. O, iş adamlarını onları narahat edən problemləri açıq şəkildə dilə gətirməyə çağırıb, həmçinin iyunun 6-8-də keçiriləcək Sankt-Peterburq beynəlxalq forumunda fəal iştirak etməyə dəvət edib.

Türkiyə Prezidenti çıxışında bildirib ki, rusiyalı həmkarı ilə birlikdə işgüzar dairələrlə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Onun sözlərinə görə, bu gün 1300-dən çox türk iş adamı Rusiyada uğurla fəaliyyət göstərir.

Rəcəb Tayyib Ərdoğan deyib ki, hazırda Rusiya Türkiyənin ticarət dövriyyəsində üçüncü yeri tutur. O, iki ölkə arasında əmtəə dövriyyəsinin indiki 26 milyard dollardan gələcəkdə 100 milyard dollara çatdırmaq üçün yeni layihələrin həyata keçiriləcəyini də diqqətə çatdırıb: “Bunun üçün müvafiq nazirliklərə tapşırıqlar verilib”.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO