Dünya 25.01.2024 21:04

Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Əliyev Ermənistan Konstitusiyasını dəyişdirir: Göyçəyə, Zəngəzura qayıdış tələbi qoyulacaq” adlı süjetdə Ermənistanda hakimiyyətin yeni Konstitusiyanın qəbul edilməsi istəyinin əsas müzakirə mövzusu olmasından, yeni Konstitusiyanın qəbul edilməsi ehtimalının ermənilərdə Qərbi Azərbaycanla bağlı qorxuları artırmasından bəhs olunur.

Bildirilir ki, Qərbi Azərbaycan məsələsi son dövrlər Ermənistanın daxili siyasi seqmentində iqtidar-müxalifət davasının əsas motivlərindən biridir: “Nikol Paşinyanın yeni Konstitusiyanın qəbul etmək istəyinin daxili və regional səbəbləri var. Daxili səbəblər hakimiyyətin gücləndirilməsinə hesablanıb”.

Qeyd olunur ki, 44 günlük müharibədən sonra bölgədə yeni reallıqlar yaranıb: “Azərbaycanın Qarabağda erməni separatizmini tamamilə məhv edərək, suverenliyini bərpa etməsindən sonra Ermənistan üçün bu reallıqların dəyişdirilməsi imkanları da sıradan çıxdı. İndi Paşinyan üçün təkcə hakimiyyətini yox, həm də Ermənistanın dövlət kimi mövcudluğunu saxlamaq üçün bir çıxış yolu var: Azərbaycanla sülh sazişi imzalamaq, Türkiyə ilə münasibətlər qurub, sərhədləri açmaq, bütün regional kommunikasiyanı bərpa edərək Ermənistanı “dalandan” çıxarmaq. Bu prosesdə Ermənistan rəsmi Bakı ilə sülh sazişinin şərtlərini razılaşdırmalı, Qərbi Azərbaycandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışına təminat verməlidir”.

Diqqətə çatdırılır ki, rəsmi İrəvan bu şərtlərlə razılaşmır, müxtəlif manevrlərlə vəziyyəti və Konstitusiyanı dəyişməyə çalışır: “Ermənistan müxalifəti isə yeni Kontitusiya məsələsinə görə hakimiyyəti ittiham edir və bunun rəsmi Bakı və Ankaranın tələbi olduğunu iddia edirlər. “Ermənistan” fraksiyanın deputatı Qeqam Manukyan iddia edir ki, Paşinyan Bakı və Ankaranın istəyi ilə Ermənistanın sütunlarını dağıdır. Müxalif deputat Kristin Vardanyanın sözlərinə görə, yeni Konstitusiyanın qəbul edilməsi planı Qarabağ və “erməni soyqırımı” tələbinin əsas qanundan çıxarılmasına hesablanıb. Müxalif deputat Artur Xaçatryan isə düşünür ki, Ermənistan sülh sazişini imzalamaq məqsədilə Qarabağ və “erməni soyqırımı”nın əks olunduğu mövcud Konstitusiyadan imtina edirsə, daha sonra Bakının istəyinə uyğun olaraq, azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər”.

Sonda vurğulanır ki, Ermənistanda baş verənlər Paşinyan hakimiyyətinin bölgədəki reallıqları qəbul etmək məcburiyyətində qaldığını göstərir: “Bu reallığın əsas elementlərindən biri də Qərbi azərbaycanlıların öz evlərinə qayıdışının təmin edilməsidir. Reallıqları dəyişə bilməyən Ermənistan istəməsə belə, Azərbaycan dövlətinin bu şərtini icra etmək məcburiyyətində qalacaq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında yanvarın 25-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

 

 

XƏBƏR LENTİ
Dünya, Siyasi / 25.01.2024 21:04
Erməni deputat: “Azərbaycanlıların İrəvana, Göyçəyə, Zəngəzura qayıdışını da qəbul edəcəklər” - FOTO - VİDEO
Siyasi / 24.01.2024 20:26
Ərtikdə türk izlərinin itirilməsi planı - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 24.01.2024 17:53
Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL
Maraqlı, Sosial / 24.01.2024 13:28
Ərtik – türk-oğuz boylarının ana yurdu – ANONS - VİDEO
İqtisadi, Sosial / 23.01.2024 20:53
Erməni araşdırmaçı Qərbi Azərbaycana gəlmə olduqlarını faktlarla təsdiq etdi - FOTO - VİDEO
İdman / 23.01.2024 20:16
“Finalda qalib gəldim erməni soyadlı sertifikat verdilər” – MÜSAHİBƏ - VİDEO
Təhlil / 23.01.2024 17:26
Tehranın Ankaraya qarşı PKK oyunu – TƏHLİL
İdman / 23.01.2024 14:16
“Ermənistanın ən yaxşı boksçusu oldum” – ANONS - VİDEO
İqtisadi, Maraqlı / 23.01.2024 13:00
Qərbi Azərbaycan 1828-ci ildən necə erməniləşdirilib? – ANONS - VİDEO
Siyasi / 23.01.2024 11:25
Jozep Borrelin Azərbaycana qarşı qərəzli mövqeyi təəssüf doğurur – BƏYANAT
Müsahibə, Video müsahibə / 22.01.2024 21:08
“Böyük aktorların türk varlığına son qoymaq siyasəti iflasa uğradılıb”-MÜSAHİBƏ - VİDEO
Mətbuat / 22.01.2024 17:00
Baku TV Ailə TV-nin rəqəmsal yayımında da izləniləcək
Dünya, Təhlil / 22.01.2024 16:07
Yaxın Şərq – İran və onun qrupları ABŞ və müttəfiqləri ilə üz-üzə – TƏHLİL - FOTO
İdman / 22.01.2024 12:12
“Diqqəti yalnız yeniyetmələrə yönəltmişəm” – Rəşad Hüseynov 
Maraqlı, Sosial / 20.01.2024 21:26
“Ləmbəli deportasiyası şahidlərin dili ilə” – Qərbi Azərbaycan Xronikası - FOTO - VİDEO
Kriminal, Təhlil / 20.01.2024 13:01
20 Yanvar: Vətən, torpaq, azadlıq uğrunda mübarizə – TƏHLİL - FOTO
Gündəm / 20.01.2024 00:01
Qanlı Yanvardan 34 il keçir – Şəhidlərimizin ruhu şad olsun! - FOTO
Maraqlı, Sosial, Video müsahibə / 19.01.2024 20:19
“Ermənilər Basarkeçərdən kəndimizə gələn azuqəni kəsdilər” - FOTO - VİDEO
Siyasi, Təhlil / 19.01.2024 17:43
Kremldən İrəvana ismarış: “Sərhədlərdən heç yerə getmirik” – TƏHLİL
Sosial / 19.01.2024 12:49
“Ermənilər kəndlərimizə atəş açırdılar” – Murad Məmmədovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Dünya, Siyasi / 18.01.2024 20:38
Əliyev 100 illik xəritəni masaya gətirir – Qərbi Azərbaycan planının detalları - FOTO - VİDEO
Siyasi / 18.01.2024 14:07
Azərbaycanın xəritələri bir kənara qoymaq və sərhədi qarış-qarış müəyyən etməyi təklifi – ANONS - VİDEO
Maraqlı, Sosial / 17.01.2024 20:29
Ermənilərin 1905-ci ildə Ellər rayonunda məskunlaşma hiyləsi - FOTO - VİDEO
Siyasi / 17.01.2024 14:15
Gəlmə ermənilər Ellər rayonunu necə zəbt etdilər? -ANONS - VİDEO
Dünya, Siyasi / 16.01.2024 20:08
“Erməni alimlər öz tapıntıları ilə erməni yalanını ifşa etdilər” - FOTO - VİDEO
Mətbuat, Video müsahibə / 16.01.2024 19:53
“Ermənilər həqiqəti gizlətmək üçün Moskva kitabxanasından qəzet nüsxələrini oğurlayıblar” – MÜSAHİBƏ - FOTO - VİDEO