Dünya 27.04.2023 10:55

Erməni kilsəsi öz qadınlarından necə istifadə edib? - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb.

Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent, Dövlət Mükafatı laureatı, tarixçi-alim Güntəkin Nəcəfli ermənilərin tarixi saxtalaşdırmasından, özlərini “ən qədim xalq” kimi qələmə verməsindən söz açıb.

O, müsahibəsində xarici ölkə arxivlərində erməni dövlətinin mövcudluğu barədə hər-hansı sənədə, fakta rast gəlinmədiyini, Çar Rusiyasının erməniləri kütləvi şəkildə işğal etdiyi İrəvan, Naxçıvan və Qarabağ xanlıqları ərazisinə köçürməsinin məqsədi barədə ətraflı məlumat verib.

Dünya tarixində Azərbaycan xalqı qədər soyqırıma məruz qalan ikinci xalq olmadığını söyləyən AMEA-nın elmi işçisi Rusiya imperiyası hakim dairələrinin və erməni əlaltılarının Qərbi Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq haqqında planlarından, Azərbaycanın dəfələrlə işğala məruz qoyulmasını qaynaqlandıran amillərdən bəhs edib.

G.Nəcəfli Qayıdış Konsepsiyasının tarixi və hüququ əhəmiyyətindən danışıb və deyib ki, azərbaycanlıların, onların övladlarının, nəvələrinin keçmiş vətənlərinə qayıdışının dinc, sülh yolu ilə təmin edilməsi, bunun beynəlxalq səviyyədə tanıdılması çox vacib məsələdir. Qərbi Azərbaycan torpaqlarının qoparılması mühüm siyasətin tərkib hissəsidir”.

Tarixçi-alim bildirib ki, ermənilər genetikalarını dəyişdirmək üçün qadınlarını həmişə başqa millətlərə veriblər: “Bu barədə tarixdə faktlar var ki, rus əsgərlərinə məqsədli şəkildə erməni qızları təklif edilib”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

 

XƏBƏR LENTİ
Dünya, Mətbuat / 27.04.2023 10:55
Erməni kilsəsi öz qadınlarından necə istifadə edib? - VİDEO
Gündəm, Maraqlı, Siyasi, Video müsahibə / 26.04.2023 22:21
Rus əsgərlərinə məqsədli şəkildə erməni qızları təklif edilib - FOTO - VİDEO
Dünya, Siyasi, Təhlil / 26.04.2023 18:30
Azərbaycan-İsrail münasibətləri rəsmi İrəvan və Tehranda narahatlıq yaradır – TƏHLİL
Gündəm / 26.04.2023 17:07
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Dünya, Təhlil / 25.04.2023 17:51
İrandakı saxtakarlığın mənbəyi – “Balıq başdan iylənər” – TƏHLİL - FOTO
Siyasi / 20.04.2023 13:20
Əziz Ələkbərli: “Ermənilər zəncirdən azad olmuş qullardır”
Dünya, İqtisadi / 20.04.2023 09:08
Qərbi Azərbaycanda “Çernobıl planı” - FOTO - VİDEO
Siyasi / 19.04.2023 20:41
İyirmi ölkədə soyqırımı törədən Fransanın Ermənistan bənzərliyi – VİDEO
Gündəm, Siyasi / 19.04.2023 19:12
“Heydər Əliyev və Azərbaycanda miilli intibah dövrü” – KONFRANS - FOTO
Siyasi, Təhlil / 19.04.2023 18:52
Qərbi Azərbaycan Xronikası – ANONS - VİDEO
Siyasi / 18.04.2023 17:22
“Son 35 ildə Azərbaycanın tarixi torpaqlarında infrastruktur dağıdılıb” – İcma sədri
Hadisə, Təhlil / 18.04.2023 16:57
Erməni zülmü hələ sovet dövründən başlamışdı – BAŞLIBEL QIRĞINI - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 18.04.2023 12:17
Əsgər ömrü yaşayan JURNALİST - FOTO - VİDEO
Gündəm / 18.04.2023 10:02
Başlıbel faciəsindən 30 il ötür
Gündəm, Hadisə, Video müsahibə / 17.04.2023 17:05
Yüz nömrəli məktəbdə təqdirəlayiq ənənə – Baku TV - VİDEO
Elm və təhsil, Mətbuat / 17.04.2023 14:59
Bakıda şəhid jurnalist Məhərrəm İbrahimovun adına sinif otağı açılıb - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2023 13:10
Başını uca tutmağa tam mənəvi haqqın var, JURNALİST ADAM
Gündəm, Hərbi / 16.04.2023 11:00
Şəhid jurnalistin məzarı ziyarət olunub - FOTO
Gündəm, Hərbi / 16.04.2023 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO
Mətbuat / 14.04.2023 22:48
“Vətən bağı” al-əlvandır, Yox içində xarı bülbül…”- Sabir Sadaxlı
Dünya, Hərbi, Təhlil / 14.04.2023 16:03
Ermənistanın əsgər işgəncəsi – törədilən vəhşiliyə haqq qazandırmaq cəhdi – TƏHLİL
Gündəm, Siyasi / 14.04.2023 11:43
Rəsmi İrəvan Avropa İttifaqı missiyasının “qoruyucu çətiri”ndən sui-istifadə edir – MÖVQE
Mətbuat / 14.04.2023 10:00
Mərhum telejurnalist Alı Mustafayevin doğum günüdür
İqtisadi, Mədəni / 13.04.2023 15:24
ATAA gəlmə turizmi ilə məşğul olan üzv şirkətlər üçün “açıq qapı” günü keçirib - FOTO
Gündəm / 13.04.2023 08:03
Torpağımızda ucaldılan erməni abidəsi - VİDEO
Hadisə, Müsahibə / 12.04.2023 21:00
İrəvanda babamın mülkünə məskunlaşanlar Türkiyədən gələn ermənilər idi - VİDEO