Hadisə 19.04.2024 21:38

“Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi  yandıracağıq” - FOTO - VİDEO

Bu gün Baku Tv-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənilər kəndə xəbər göndərirlər ki, əgər çıxmasanız, gəlib sizi  yandıracağıq” adlı veriliş Zəngəzur mahalının Gorus  rayonunun Şurnuxu kənd sakini Elza Həsənovanın həyat hekayəsinə həsr olunub.

O, uşaqlıq illərindən söz açıb, Kəpəz dağının ətəyində, Şurnuxu çayının sahilində yerləşən kəndin dörd tərəfdən meşələrlə əhatə olunduğunu, çox gözəl təbiəti olduğunu deyib: “Uşaqlığım çox gözəl keçib. Xoş xatirələrim çoxdu. Düzənliyə, yaylaqlara, dağlara çox gedərdik”.

Onun sözlərinə görə, ermənilər 1988-ci ildə daha da fəallaşmışdılar: “1988-ci ilin noyabrın ortaları idi. Ermənilər Qubadlının Eyvazlı kəndini yandırdılar və orda bir neçə nəfər yaralanmışdı. Bizim kəndə də xəbər göndərdilər ki, əgər çıxmasanız biz gəlib sizi də o kənd kimi yandıracağıq. Noyabrın 22-də silahlı ermənilər kəndə yaxınlaşırdılar. Məcburən insanlar kənddən çıxmalı oldular. Qubadlının Seytaz kəndinə getdilər, ordan Qubadlının özünə gəldilər. Ordan da hərə bir tərəfə pərən-pərən oldu. Demək olar ki, hər şeylərini qiyub çıxdılar”.

E.Həsənova o dövrdə ermənilərin törətdiyi bir çox vəhşilikləri, hadisələri xatırladıb, insanların qətlə yetirildiyini, döyüldüyünü, əzab-əziyyətə düçar edildiyini söyləyib: “Ana babama “qırmızı partizan” deyərdilər. Onun bir anası var idi. Qolunun dirsək hissəsində deşik var idi. Biz uşaq idik, bilmirdik nədi. Həmişə gedib əlimizi vururduq ki, Xeyri qoca bu nədi? O qocamızın hardasa 110-dan çox yaşı var idi. O kövrələrdi və deyərdi ki, məndən uzaq gedin və bir bayatı deyərdi. Babam söyləyərdi ki, ermənilər 1905-ci ildə Başaracür kəndinə hücum edəndə çox insanları qətlə yetiriblər. Qalanları qaçmaq istəyəndə babamızın bacısını öldürürlər. Güllə atanda güllə Xeyri qocanın qolunu deşir. Bax, o, ermənilərdən qalan bir nişanə idi”.

O, kövrələrək Vətən həsrətinin heç vaxt yaddan çıxmadığını deyib: “Çox istərdik yenidən qayıdaq. Kəndimizi, uşaqlığımı, evimizi, gəzdiyimiz yerləri, oxuduğum məktəbi, sinif yoldaşlarımı görmək istəyərdim. İnanıram ki, Ali Baş Komandanın rəhbərliyi ilə 32 il işğal altında olan torpaqlar mərd, igid, cəsur oğullar azad etdiyi kimi, bir gün də Zəngəzuru azad edəcəklər və ora qayıdacağıq. Ən çox istədiyim dogma evimizi görməkdi, xarabalığa çevrilən babalarımızın uyuduğu qəbiristanlığı ziyarət etməkdi. Ermənilərin qurutduğu o şəlalənin həzin şırıltısını eşitməkdi. Ən böyük arzum evimizin həyətindən bir ovuc torpağı gətirib atamın-anamın məzarına tökməkdi. Əminəm ki, biz dogma yurdumuza qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş aprelin 19-da saat 19:30-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO