Elm və təhsil 27.05.2025 18:30

“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində növbəti buraxılış hazırlanıb.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın qonağı tarix elmləri üzrə fəlsəfə doktoru Pərvin Ahənçi olub.

O, ermənilərin tarix boyu azərbaycanlılara qarşı düşmənçilik hissi ilə yaşadığını bildirib, daşnakların törətdiyi terror, vandalizm, etnik təmizləmə siyasətindən, erməni vəhşiliyini, erməni yalanlarını beynəlxalq aləmə çatdırmaq üçün Azərbaycan diasporunun rolundan söz açıb: “1918-1920-ci illərdə ermənilər digər millətlərdən kəskin şəkildə uzaqlaşmağa başladılar. Azərbaycan mədəniyyətinin izlərini silmək üçün tarixi-mədəni irs dağıdıldı. Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı. Qərb auditoriyası ifşa edilmiş erməni dezinformasiyasına inanmışdı.  Lakin bu gün Azərbaycan diasporu daha fəaldır”.

Onun sözlərinə görə, ermənilər özlərinə tarix, mədəniyyət yaratmaq üçün müxtəlif vaxtlarda azərbaycanlılara məxsus demək olar, hər şeyi özününküləşdirməyə çalışıblar.

Tarixçi əslən Şuşadan olduğunu deyib, Xocalı soyqırımının canlı şahidi kimi xatirələrini bölüşüb: “Şükürlər olsun ki, Qarabağımız işğaldan azad olundu və bizlər Şuşamıza, Xankəndimizə qayıdırıq. Bütün müharibələr və münaqişələr xalqların genefondunun məhvinə gətirib çıxarır. Bu gün hər iki xalqın yaddaşındakı çapıqlar insanların öz evlərinə qayıtmasını çətinləşdirsə də, əminəm ki, yüz minlərlə insanın deportasiyaya məruz qaldığı  Qərbi Azərbaycana, Zəngəzura da qayıdış mütləq baş verəcək”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Müsahibə mayın 27-də saat 18:30-da Youtube kanalında və saat 19:30-da Baku Tv-nin efirində rus dilində yayımlanıb.

xxx

«Западная аудитория поверила дезинформации армян, которая была разоблачена» 

Сегодня Бакинское телевидение подготовило очередной выпуск проекта «Хроника Западного Азербайджана».

Как сообщает Rakus.az, гостем ведущей Эллады Сарван был доктор философии по истории Парвин Аханчи. Она заявила, что армяне на протяжении всей истории жили с враждебностью по отношению к азербайджанцам, и рассказала о политике террора, вандализма и этнических чисток, проводимой дашнаками, а также о роли азербайджанской диаспоры в донесении армянского варварства и армянской лжи до международного сообщества: «В 1918-1920 годы армяне стали резко дистанцировать себя от других национальностей. Историческое и культурное наследие уничтожалось, чтобы стереть следы азербайджанской культуры. Армяне на Кавказе появились  в результате имперской политики. Западная аудитория поверила дезинформации армян, которая была разоблачена. Сегодня азербайджанская диаспора выступает более активно».

По её словам, армяне пытались присвоить себе практически все, что в разное время принадлежало азербайджанцам, чтобы создать свою историю и культуру.

П.Аханчи отметила, что она родом из Шуши, и поделилась своими воспоминаниями как живая свидетельница Ходжалинского геноцида: «К счастью, наш Карабах освобожден от оккупации, и мы возвращаемся в нашу Шушу и Ханкенди. Все войны и конфликты ведут к уничтожению генофонда народов. Хотя шрамы в памяти обоих народов сегодня затрудняют людям возвращение в свои дома, я уверена, что возвращение в Западный Азербайджан и Зангезур, откуда были депортированы сотни тысяч людей, обязательно произойдет».

Напомним, что целью проекта «Хроника Западного Азербайджана» является сохранение и популяризация названий наших исторических и древних земель, и предоставление информации о депортации азербайджанцев  армянами, о стертых названиях топонимов, существовавших на этих территориях, о бесчисленных образцах материальной культуры – древних поселениях, некрополей, курганов, остатков замков, дворцов и укреплений, караван-сараев, мостов, гробниц-саркофагов, хачкаров, каменных изваяний лошадей и баранов, храмов, церквей, мечетей, святых очагов, а также информирование мировой общественности о фактах, подтверждающих, что эта территория является чисто тюркско-огузским поселением.

Также придерживаясь мнения Президента Ильхама Алиева о Западном Азербайджане: “Карта начала XX века еще раз показывает, что Западный Азербайджан — это историческая земля Азербайджана, названия городов и сел имеют азербайджанское происхождение, и мы прекрасно знаем, что азербайджанский народ на протяжении всей истории проживал на территории нынешней Армении. Сейчас главная задача – донести это до мировой общественности”, содействовать решению задач, вытекающих из “Концепции возвращения”, подготовленной Общиной Западного Азербайджана.

Кроме того, данный проект призван осветить мысли историков и исследователей о Западном Азербайджане и истории жизни людей, подвергшихся депортации.

Передача вышла в эфир 27 мая в 18:30 на YouTube-канале Baku TV и в 19:30 на телеканале Baku TV.

XƏBƏR LENTİ
Elm və təhsil, Müsahibə / 27.05.2025 18:30
“Ermənilər Qafqazda imperiya siyasəti nəticəsində meydana çıxdı” - VİDEO
Sosial / 27.05.2025 14:42
Çarın türk yurdunda erməni əməliyyatı – ANONS
Elm və təhsil, Müsahibə / 27.05.2025 13:22
Qərb erməni yalanlarına inanmışdı – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə / 26.05.2025 22:50
“Naxçıvana pənah gətirən soydaşlarımıza Afiyəddin Cəlilov böyük dəstək oldu” - VİDEO
Elm və təhsil / 24.05.2025 22:48
“Tanrı ilə əlaqə quran şəxs Kam adlanır” - VİDEO
Siyasi, Sosial / 23.05.2025 22:17
“Ermənilər maşınlarında həmişə avtomat və patron gəzdirirdilər” - FOTO - VİDEO
Sosial / 23.05.2025 13:22
“40 ildir kəndim üçün darıxıram” – Mübariz Qənbərovun “Həyat Hekayəsi” - VİDEO
Sosial / 23.05.2025 11:49
Hümbət Hüseynov: “Şəffaflıq baxımından bildirişlərinin elektron qaydada verilməsi zəruridir”
Siyasi, Təhlil / 22.05.2025 22:56
Göyçə, Zəngəzur və Tavuşun əhalisi 41,5 min azalıb - VİDEO
Siyasi / 22.05.2025 13:50
Ermənistan boşaldılır – ANONS - VİDEO
Siyasi / 21.05.2025 22:31
“Kreml onların boyunlarından tutub Azərbaycana təhvil verdi ki, orada namaz qılsınlar” - VİDEO
Siyasi / 21.05.2025 14:22
Ermənistan avaralar ölkəsinə çevrilib – ANONS - VİDEO
Siyasi, Sosial / 20.05.2025 22:32
Açıxlı, Acıbac, Acılu – türk tarixinin izi - VİDEO
Siyasi, Video müsahibə / 20.05.2025 19:48
“Hind mədəniyyəti əsasən müsəlman-türk mədəniyyətinin irsidir” - VİDEO
Siyasi, Sosial / 20.05.2025 14:22
Ermənilərin ölü kəndə çevrdiyi türk yurdu – ANONS
Müsahibə, Siyasi / 20.05.2025 13:45
“Türkiyəsiz Yaxın Şərqdə sülh mümkün deyil” – ANONS
Müsahibə, Video müsahibə / 19.05.2025 22:40
“Azərbaycanlıların 52 faizi yenidən Qafana qayıtmışdı” - VİDEO
İdman, Sosial / 19.05.2025 10:18
Çəmbərək Rayon İcması gənclərə hər zaman dəstək verir - FOTO
Mədəni / 17.05.2025 22:15
“Xalçada, abidədə, məzar daşında, zərgərlikdə türk nişanları” - VİDEO
Siyasi, Sosial / 16.05.2025 22:05
“Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük” - FOTO - VİDEO
Siyasi, Sosial / 16.05.2025 14:22
“Vətən üçün burnumun ucu göynəyir” – Güllü Qocayevanın həyat hekayəsi – ANONS - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 22:54
Ermənistanın qanunvericilik, icra və məhkəmə orqanlarında Azərbaycan dili işlənəcək - VİDEO
Siyasi, Təhlil / 15.05.2025 14:22
“Zəngəzurda böyük eksklav yaradılacaq?” – ANONS - VİDEO
Siyasi, Sosial / 14.05.2025 22:23
Nadir şaha görə ərini öldürüb, qalanı təhvil verən erməni qadını - VİDEO
Siyasi, Sosial / 14.05.2025 13:37
Tumanyanın fahişə diplomatiyası – ANONS - VİDEO
Mədəni / 14.05.2025 09:22
Bakıda “Muğam” Televiziya Müsabiqəsinə start verilib - FOTO - VİDEO