Dünya 05.12.2023 20:13

“Ermənilər: “Rusiya Ermənistandan qisas alır” - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Rusiya cəhənnəmlik olsun, bu ölkə haqqında heç nə eşitmək istəmirik” adlı süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, verilişdə bir neçə gündür Ermənistanın yük maşınlarının Şimali Osetiya ilə Gürcüstan sərhəd buraxılış məntəqəsi olan “Lars”da saxlanması, məntəqədə qalan məhsullarla dolu yük maşınların geri Ermənistana qayıtması, bununla bağlı erməni jurnalistlərin hazırladığı reportajda son vaxtlar rəsmi İrəvanın Rusiyaya üz çevirməsi ilə bağlı fikirlərə yer verilir.

Erməni sürücülər bildirirlər ki, insanlar mallarını Ermənistandan aparır, amma ruslar məhsulları geri qaytarırlar: “Bu, siyasi oyundur, ruslar sadəcə olaraq ermənilərdən qisas almaq istəyir. Ermənistan hökuməti Rusiya ilə münasibətləri korlayıb. Neçə gündür məhsullarla dolu maşınlar “Lars” keçid məntəqəsində dayanır. Bütün mallar xarab olub. Bütün bunları Rusiya qəsdən edir. Bununla onlar Ermənistanı diz çökdürmək istəyirlər. Onlar bizə başa salmaq istəyirlər ki, bizim müstəqil qərar vermək haqqımız yoxdur. Onlar özləri sanksiyalar altındadırlar, ona görə bizə də sanksiyalar tətbiq etmək istəyirlər. Bacardıqlarını etsinlər, biz qalib gəlmək üçün güclü olmalıyıq. Tezliklə bu insanlar, sürücülər acından, soyuqdan öləcəklər. Ermənistanda erməniyə aid heç nə yoxdu. Qaz, elektrik enerjisi və çox şey Rusiyaya məxsusdur. Biz dözməliyik başqa çıxış yolumuz yoxdur”.

Onların sözlərinə görə, “Lars” Ermənistan iqtisadiyyatının inkişafına mane olan faktor olub: “Nikol Paşinyanın qərbyönlü siyasəti və ardıcıl olaraq Müstəqil Dövlətlər Birliyi (MDB), Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilarının (KTMT) tədbirlərinə qatılmaması rəsmi Moskva ilə münasibətləri gərginləşdirib. Rusiyanın sərhəd buraxılış məntəqəsində əngəl yaratması və kənd təsərrüfatı məhsulların yoxlama zamanı çıxdaş olunması siyasi qərardır.

Verilişdə Ermənistan iqtisadiyyat nazirinin müavini Arman Xocyanın, parlamentin müxalifət  “Hayastan” fraksiyasından olan deputatı Artur Xaçatryanın Rusiyanın yük maşınlarını Ermənistana geri qaytarması məsələsinə rəylərini yer verilir.

Snda vurğulanır ki, qucaqdan qucağa öyrənən ermənilər növbəti dəfə Rusiyaya arxa çevirib, Qərbə qucaq açırlar: “KTMT-nin yardım etməməsi bəhanədir. Elə Qərbin düzlətdiyi 9 min kvadrat kilometrlik Ararat Respublikasının ərazisini 29 min kvadrat kilometrə çatdıran, Qərbi azərbaycanlıların öz tarixi Vətənindən qovulmasını bir neçə dəfə təşkil edən, ona havadarlıq edən Rusiya olub. İndi Rusiyanın sanksiyalarla üzləşdiyini görən ermənilər bəhanə tapıb, məşuqunu dəyişmək yolunu tutublar”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş dekabrın 5-də saat 19:30-da Baku Tv-nin efirində və YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO