Dünya 26.11.2020 18:25

Ermənistan iqtisadiyyatının dramı- TƏHLİL - FOTO

Azərbaycanın Ermənistana qarşı əks-hücum əməliyyatlarına başladığı sentyabrın 27-də 1 ABŞ dolları 485,26 Ermənistan dramına (AMD), noyabrın 10-da Qələbə günümüzdə isə 1 ABŞ dolları 494,76 Ermənistan dramına bərabər idi. Kəlbəcərin işğaldan tam azad olunduğu gündə isə Ermənistan Mərkəzi Bankının məlumatlarına əsasən, 1 ABŞ dolları 511,69 dram dəyərində olub.

Rakus.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin baş analitiki Günay Quliyevanın Ermənistan iqtisadiyyatında baş verən proseslərlə bağlı şərhini təqdim edir.

Bir avronun məzənnəsi 609,06 dram, bir funt sterlinqə nisbətən 682,7 dram və bir rus rublunun məzənnəsi ölkədə 6,78 dram təşkil edib.

Müharibənin başladığı tarixdən 2 ay müddətində Ermənistan milli valyutası digər valyutalara nisbətdə 6-7 faiz dəyər itirib. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin 2 ay öncədən proqnozlaşdığı kimi, erməni dramının devalvasiyası başlayıb. Çünki drama etimad azalıb.

Ermənistanın xarici valyuta ehtiyatlarında da yüksək azalma müşahidə edilib ki, möhkəm valyuta ehtiyatları 2,27 milyard dollara qədər azalıb. Azalma 2019-cu ilin oktyabr ayı ilə bu ilin eyni ayının müqayisəsində 7,4 faiz olub. Cari ilin yanvar-oktyabr ayları ərzində ümumi azalma 19,9 faiz təşkil edib. Ermənistanın Mərkəzi Bankının qızıl və SDR (Special Drawing Rights) nəzərə alınmadan ümumi valyuta ehtiyatları 1,8 milyard dollara düşüb.
Təkcə bu ilin oktyabr ayında xarici valyutadakı aktivlər 5,3 faiz azalıb, SDR-nin Beynəlxalq Valyuta Fondundakı payı 0,3 faiz əhəmiyyətsiz dərəcədə artıb.

Ermənistan Milli Statistika Xidmətinin son məlumatlarına görə, sürətlə yayılan COVID-19 pandemiyası və Azərbaycanla 6 həftəlik müharibədən sonra bu ilin üçüncü rübündə ÜDM-də ötən illə müqayisədə 9,1 faiz, keçən ilin eyni dövrü müqayisədə isə 13,7 faiz daralma müşahidə olunub. Bu, 2009-cu ilin üçüncü rübündən bəri iqtisadi fəaliyyətdəki ən kəskin daralma idi. İqtisadi daralmadan ən çox təsirlənən sektorlar tikinti (-39,5 faiz, birinci rüblə müqayisədə -12,1 faiz), dövlət idarəetmə sektorları (-52,4 faiz, birinci rüblə müqayisədə -3,1 faiz), su təchizatı (-37,3 faiz, birinci rüblə müqayisədə -28,4 faiz), nəqliyyat və saxlama (-32,9 faiz, birinci rüblə müqayisədə -8,7 faiz), topdansatış və pərakəndə ticarət (-19,9 faiz, birinci rüblə müqayisədə 1 faiz) sektorlarıdır.

Ermənistan Mərkəzi Bankının məlumatlarına əsasən, bu ilin ikinci rübündə cari hesablar balansının mənfi saldosu 143,56 milyon dollar təşkil edib. Ermənistanın 1991-ci ildən bəri fasiləsiz davam edən cari əməliyyatlar balansındakı defisit xroniki xarakter daşıyır.

Ermənistan iqtisadiyyatında hökm sürən əkiz kəsirlər – büdcə kəsiri və cari əməliyyatlar hesabı üzrə kəsir də Ermənistan milli valyutasına təzyiq göstərən əsas amillərdəndir.

Digər tərəfdən turizm sektoru Ermənistanın ÜDM-in 11,8 faizini formalaşdırır və ölkə üzrə mövcud işçi qüvvəsinin 12,5 faizi məhz bu sektorda çalışır. Keçən illə müqayisədə Ermənistanın turizm sektorunun dövriyyəsi cari ilin 6 ayı ərzində 90 faizdən çox azalıb. Bu da öz növbəsində Ermənistana gətirilən xarici valyutaların kəskin surətdə azalmasına gətirib çıxarıb.

Ermənistandakı dövlət borcu, bu ilin ikinci rübündə 3,7 trilyon drama yüksəlib. Hökumətin 2020-ci il üçün dövlət büdcəsi layihəsində xarici borcun ümumi daxili məhsulun 49,5 faizinə enəcəyi proqnozlaşdırılmışdı. Lakin gözləntilərin əksinə xarici dövlət borcu daha da artaraq ÜDM-in 66,5 faizinə bərabər olub.

Ölkə iqtisadiyyatına vurulan digər zərbə birbaşa xarici investisiyalarla (BXİ) bağlıdır ki, 2020-ci il Dünya İnvestisiya hesabatına əsasən, Ermənistan iqtisadiyyatına 2019-cu ildə qoyulan xarici sərmayə cəmi 254 milyon dollar olub. Müqayisə üçün bildirək ki, bu, Azərbaycana qoyulan sərmayədən 6 dəfəyədək aşağıdır. Müharibənin də Ermənistanın investisiya mühitinə mənfi təsiri qaçılmazdır, növbəti ildə də uzunmüddətli azalma davam edə bilər. 2019-cu ildə yerli birbaşa investisiya axınları cəmi 99 milyon dollar (2018-ci ildə 230 milyon dollar, 2017-ci ildə 193 milyon dollar) olub. Yerli investisiyaların da həcmində kəskin azalma müşahidə edilir.

Milli valyutanın dəyərinin dəyişməsi struktur və mövcud iqtisadi gözləntilərə əsaslanır. Hazırda Ermənistan iqtisadiyyatında milli valyutanın sürətlə dəyərdən düşməsi hər 2 amili özündə birləşdirir. Hərbi, siyasi və iqtisadi qeyri-sabitlik əhalinin əhval ruhiyyəsinə mənfi təsir göstərib və alıcılıq qabiliyyətinin aşağı düşməsinə səbəb olub. Digər tərəfdən əhalinin iqtisadiyyatın mənfi ssenarilərinə hazırlaşması, iqtisadi reallıqlara qarşı sığortalanma arzusu əldəki mövcud milli valyutanı da xarici valyutalara dəyişməyə, milli valyutalarda olan depozitlərini geri götürməyə və ya mövcud depozitlərini xarici valyutaya konvertasiya etməyə sövq edir. Bu da milli valyutanın sosial təzyiq nəticəsində dəyərsizləşməsini daha da sürətləndirir.

Valyutanın devalvasiyası özü ilə bərabər digər mənfi sosial-iqtisadi nəticələrə də səbəb olacaq. Dolların dəyərinin Ermənistan dramına nisbətən bahalaşması domino effekti ilə istehlak mallarının qiymətinin də artmasına şərait yaradacaq. Bu qısa müddətdə idxaldan asılı Ermənistanın istehlak bazarında inflyasiyaya və əhalinin həm yerli həm xarici məhsullarda alıcılıq qabiliyyətinin kəskin düşməsinə səbəb olacaq. Ermənistanda cari ilin yanvar-oktyabr aylarında daxili ticarət 2,3 trilyon dram səviyyəsinə düşüb (bir əvvəlki ilə nisbətən 12,5 faiz azalma), əvvəlki aya nisbətən isə bu göstərici 13,4 faiz azalıb.

İnflyasiyanın qarşısını almaq üçün Ermənistan hökuməti valyuta bazarına intervensiya siyasətindən istifadə edə bilər ki, bu da öz növbəsində Mərkəzi Bankın rezervlərinin azalmasını şərtləndirəcək.

Valyuta bazarında və ümumən Ermənistan iqtisadiyyatında baş verən proseslər daha böyük katastrofik nəticələrə, işsizliyin, yoxsulluğun kəskin surətdə artmasına, qiymətlərin sürətlə qalxmasına, kiçik biznesdə nağd pul çatışmamazlığına və sonda büdcə proqnozlarının yerinə yetirilə bilməməsinə gətirib çıxara bilər. Bu, milli valyuta ilə bərabər Ermənistan iqtisadiyyatının dramatik sonu ola bilər.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO