Dünya 19.03.2019 13:36

Ermənistan “qapılar döydü”, amma boşa çıxdı - FOTO

Ermənistan parlamentinin sədri Ararat Mirzoyan Almaniyaya səfəri çərçivəsində Bundestaqda olarkən martın 18-də Almaniya parlamentində Xocalı soyqırımı daxil olmaqla, Cənubi Qafqazda təhlükəsizlik və sabitlik mövzusunda konfrans – Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” mövzusunda 7-ci simpozium keçirilib.

Rakus.az xəbər verir ki, təbdirdə Almaniya Bundestaqının üzvləri, Xarici İşlər Nazirliyinin (XİN) məsul nümayəndəsi, jurnalistlər, ictimai-siyasi xadimlər iştirak ediblər.

Məsələ ilə bağlı açıqlama verən “Bakı xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev bildirib ki, ümumiyyətlə, Ermənistanın Avropa İttifaqı (Aİ) ilə sıx əlaqələr qurmaq səylərinin ardıcıl iflasa uğramasından sonra eyni uğursuzluğu Avropanın bəzi aparıcı ölkələri ilə münasibətlər müstəvisində də görürük:

“Ermənistan parlamenti sədrinin Almaniyada səfərdə olduğu bir vaxtda bu ölkənin parlamentində – Bundestaqda Azərbaycanla bağlı keçirilən tədbirlər diqqət çəkir. Almaniya parlamentində Xocalı soyqırımının yad edilməsi, Qafqazda sülh və təhlükəsizlik mövzusunda geniş müzakirələrin aparılması buna sübutdur. “Cənubi Qafqazda sabitlik və təhlükəsizlik. Almaniya-Azərbaycan əməkdaşlığının perspektivləri” adlı konfransın müzakirələrində Almaniya deputatlarının, XİN rəsmisinin, ictimai-siyasi xadimlərin, media nümayəndələrinin iştirakı tədbirin mötəbərliyini artırmaqla bərabər, Ermənistan parlamenti sədrinin bu ölkədə keçirdiyi görüşləri tam neytrallaşdıraraq effektini heçə endirir”.

A.Quliyev xatırladıb ki, bir müddət əvvəl Baş nazir Paşinyan Brüsselə son səfərində qarşıya qoyduğu məqsədlərin heç birinə nail ola bilmədi, maliyyə yardımı almaq cəhdləri nəticə vermədi: “Dərhal sonra Avropa Parlamentinin Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən rəsmi sənəd qəbul etməsi Ermənistan diplomatiyasına növbəti zərbə oldu. Faktların təhlili göstərir ki, Ermənistan rəhbərliyi Avropa İttifaqının Almaniya kimi ayrı-ayrı ölkələri ilə əlaqələri yaxşılaşdırmaq yolu ilə Aİ müstəvisindəki planlarını həyata keçirmək istəyir. Ermənistan parlamenti sədrinin bu günlərdə Bundestaqda “qapılar döymək” cəhdlərinə məhz bu prizmadan baxmaq lazımdır. Ancaq göründüyü kimi, hədəfə doğru dolayı təsir effekti ilə hesablanmış bu taktika alınmadı”.

Ekspert bildirib ki, Ermənistan diplomatiyasının bu uğursuzluğu ilk növbədə Azərbaycanın bu ölkə ilə qurduğu iqtisadi, ticarət və investisiya sahələrində tərəfdaşlıq münasibətlərinin nəticəsidir:

“Digər tərəfdən, Ermənistanı “məxməri inqilab” adı altında “demokratikləşən” ölkə kimi təqdim etmək siyasətinin iflasa uğraması göz qabağındadır. Nəhayət, Ermənistanın bütün səylərinə baxmayaraq, Azərbaycan diplomatiyası düşmənin əsl təcavüzkar simasını ifşa etmək istiqamətində geri dönüşü olmayan, mübahisəsiz, üstün mövqelərə çıxıb. Almaniya parlamentində Ermənistan spikerinin görüşləri ilə eyni vaxtda Xocalı tədbiri və Qafqazda təhlükəsizliklə bağlı müzakirələrin keçirilməsi təsadüfi deyil, Azərbaycanın Ermənistan üzərində diplomatik üstünlüklərinin təzahürlərindən biridir. Bu fakt bir daha sübut edir ki, Ermənistanın təcavüzkar siyasətinin nəticələrini tanıtmaq səyləri tamamilə ifşa olunub. Ermənistan məğlub edilmiş təcavüzkar ölkə olaraq bütün müvafiq hüquqi, siyasi, diplomatik öhdəlikləri sonadək icra etməyə məhkumdur”. (Trend)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO