Ermənistanda etiraz aksiyaları səngimir
Ermənistanın Armavir vilayətinin sakinləri bir aya yaxındır keçirdikləri etiraz aksiyasını Yerevanda davam etdiriblər.
Rakus.az xəbər verir ki, narazı vətəndaşlar çıxış yolunu etirazların miqyasını genişləndirməkdə görüblər. Aksiya iştirakçıları uşaqlarını vaqonlara bağlayıb və bununla da dəmir yolunun fəaliyyətini iflic vəziyyətə salıblar. Sakinlər bildirirlər ki, onların yaşadıqları vilayətdə özbaşınalıq hökm sürür. Bu vilayətin cəhənnəmdən fərqi yoxdur. İşsizlik hökm sürür, kənd təsərrüfatı ilə məşğul olmaq üçün münbit torpaq yoxdur. Vilayətə aid kəndlərin icra nümayəndələri torpaqları mənimsəyiblər. Bundan başqa, əvvəllər fəaliyyət göstərən şüşə zavodu fəaliyyətini dayandırıb. Vilayətin sakinləri ağır sosial böhranla üz-üzə qaldıqlarını qeyd edirlər. (AZƏRTAC)