Ermənistanda qiyama cəhd göstərdilər
Ermənistanın hərbi hissələrindən birində əsgərlər qiyama cəhd göstəriblər.
Rakus.az xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat katibi Artsurun Ovannisyan “Facebook” səhifəsində Ermənistandakı hərbi hissələrdən birində nizam-intizamın pozulması ilə bağlı xəbərləri şərh edərkən yazıb.
A.Ovannisyan qeyd edib: “Nizam-intizamı pozan bir neçə əsgər 90-cı illərin ruhuna uyğun olaraq ayrıca geyimdən və menyudan istifadə etməklə və zabtləri qarət etməklə hərbi hissədə öz qaydalarını tətbiq etməyə cəhd göstəriblər. Onlar digər əsgərləri qiyama təhrik etməyə çalışıblar”.
O bildirib ki, bir neçə zabit məsələ ilə bağlı istefaya göndərilib.
Nazirlik rəsmisi eyni zamanda 600-ə yaxın hərbçinin ölkənin cənubundakı hərbi hissəni tərk etməyə çalışdığı barədə məlumatları təkzib edib. (Trend)