Dünya 24.01.2024 17:53

Ermənistanın şifrəli inadkarlığı – üçüncü tərəflərin rolu – TƏHLİL

Formalaşmaqda olan yeni dünya düzənində ən çətin vəziyyətdə olan dövlətlər özlərinin müstəqil xarici siyasət kursunu seçə bilməyənlər, daha böyük oyunçuların təsiri ilə hərəkət edənlərdir. Belə dövlətlərdən biri də Ermənistandır. Rəsmi İrəvan bu gün Qərblə Rusiya arasındakı məngənədə sıxılmaqdadır.

Azərbaycan torpaqlarını 30 il işğal altında saxlayan Ermənistan 2020-ci ildəki İkinci Qarabağ müharibəsindən sonra rəsmi Bakının sülh təkliflərinə adekvat cavab vermir. Nəzərə almaq lazımdır ki, 44 günlük savaş və 2023-cü ildəki birgünlük antiterror tədbirləri nəticəsində regionda sülh üçün yeni imkanlar yaranıb. Amma İrəvan bunu qiymətləndirmir. Beləliklə, öz işini daha da çətinləşdirir.

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan yanvarın 23-də keçirdiyi geniş mətbuat konfransında bu məsələlərə, o cümlədən Azərbaycanla münasibətlərin normallaşması məsələsinə toxundu. Nazirin bir neçə fikrini ayrılıqda təhlil etməyə çalışaq.

Birincisi, o, minalı ərazilərin xəritəsinin Ermənistanda olduğunu etiraf edib. A.Mirzoyan söyləyib ki, İrəvanın gələcəkdə bu xəritələri Bakıya təhvil verməsi mümkündür.

30 il davam edən işğal dövründə Ermənistan Azərbaycan ərazilərini minalayıb. Hazırda həmin ərazilərdə minatəmizləmə işləri aparılır. Azad olunmuş ərazilərdə indiyə kimi 49 mindən çox mina, 60 mindən çox partlamamış hərbi sursat aşkarlanıb, 342 nəfər mina terrorunun qurbanı olub.

Azərbaycan xeyli vaxtdır ki, Ermənistandan minalı ərazilərin xəritəsini tələb edir. Buna baxmayaraq, İrəvan dəqiq xəritələri verməkdən imtina edir. Minalı ərazilərin xəritəsinin hələ də Azərbaycana verilməməsi sülh gündəliyinə, həmçinin qarşılıqlı etimad mühitinin yaranmasına zərbə vurur. Ola bilsin ki, İrəvan minalı ərazilərin xəritəsini özü üçün “kozır” hesab edirdi və bunu alış-veriş predmetinə çevirmək istəyirdi. Amma artıq həqiqəti anlayıb və başa düşüb ki, həmin xəritələrin Azərbaycana təhvil verilməməsi Ermənistanın xeyrinə deyil.

Ermənistan rəsmiləri dəfələrlə bildiriblər ki, onlar sülh istəyirlər. Bu, özlüyündə müsbət qiymətləndirilməli bəyanatdır. Amma sözdə deyilənləri əməldə də təsdiqləmək lazımdır. Minalı ərazilərin xəritələrinin Bakıya təhvil verilməsi məhz bu baxımdan yaxşı fürsət ola bilər.

Ehtimal etmək olar ki, Ermənistanın indiyədək bu məsələdə inadkarlıq göstərməsində üçüncü tərəflərin də müəyyən rolu var. Onlar İrəvanı silahlandıraraq bu dövlətin radikal mövqedə qalmasına şərait yaradırlar. Amma bunun nəticəsi olmur. Əksinə, revanşist davranışlar İrəvanın özü üçün yeni problemlər yaradır. Bu baxımdan, ümid etmək olar ki, gələcəkdə Ermənistanın baş naziri Nikol Paşinyan hökuməti minalı ərazilərin dəqiq xəritəsini Azərbaycana verəcək. Və bundan sonra sülh sazişi istiqamətindəki daha bir maneə aradan qalxacaq.

Başqa bir məqam A.Mirzoyanın Ermənistanın özünün təhlükəsizliyi üçün yeni müttəfiqlərə ehtiyacı olması barədə dedikləridir. Nazir bildirib ki, Ermənistan müttəfiq mexanizmlərinin ümidləri doğrultmadığı vəziyyəti ilə üzləşib. Beləliklə, XİN başçısı ölkəsinin çətin vəziyyətdə olduğunu etiraf edib. Belə bir şəraitdə Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşması, bölgədə əməkdaşlıq mühitinin təmin olunması İrəvana “məlhəm” ola bilər. Çünki məhz regional əməkdaşlıq nəticəsində Ermənistan üçün yeni təhlükəsizlik çətiri yaranacaq və bu dövlətə kənar güclərin təsiri azalacaq.

Ermənistanla Rusiya arasında münasibətlərin getdikcə gərginləşməsi isə onu deməyə əsas verir ki, Paşinyan administrasiyası Qərblə yaxınlaşmağa davam edəcək. Hərçənd, bu, İrəvanın odla oynaması deməkdir. Bunu Ermənistan iqtidarı da bilir. Xüsusilə, ABŞ və Fransanın ayrı-ayrı regionlarda, o cümlədən Ukraynada, Suriyada etdikləri Ermənistan üçün də istisna deyil. Bu dövlətlər gələcəkdə İrəvanı da yarıyolda qoya bilərlər.

Növbəti məqam Ermənistanda konstitusiya dəyişikliyi ilə bağlıdır. Xarici işlər naziri diqqətə çatdırıb ki, konstitusiya dəyişikliyi məsələsi həm də xarici əlaqələrlə bağlıdır. “Həm Ermənistan, həm də Azərbaycan sülhün nizamlanması prosesində hüquqi problemləri görüb və qarşı tərəfə təqdim ediblər. Amma bu məsələnin ancaq nizamlanma ilə bağlı olduğunu demək mübaliğə olar, mən bu fikirlə razılaşmıram”, – o söyləyib.

Daha əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan da ölkədə yeni konstitusiyaya ehtiyac olduğunu demişdi.

Ermənistan KİV-i yazır ki, bu dəyişiklik məhz İrəvanın regional siyasəti ilə bağlıdır. Məsələ ondan ibarətdir ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycan və Türkiyəyə qarşı ərazi iddiaları var. Bu, münasibətlərin normallaşması istiqamətində baryerdir. Bunu Ermənistan hakimiyyəti də bilir. Odur ki, yaxın gələcəkdə Ermənistanda yeni konstitusiyanın qəbul olunacağını və ərazi iddialarına dair maddələrin çıxarılmasını ehtimal etmək olar. Bu proses müəyyən qədər ağrılı ola bilər. Amma İrəvanın nicatı üçün şərtdir.

Nəhayət, nazir Azərbaycanla sülh sazişi üçün üç əsas prinsipin olduğunu deyib. O qeyd edib ki, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qeyd-şərtsiz tanımalıdırlar: “Sərhəd SSRİ-nin səlahiyyətli orqanları tərəfindən yaradılmış və möhkəm hüquqi bazaya malik xəritələr əsasında müəyyən edilməlidir. Bu reallığı əks etdirən ən yeni xəritələr 1974-78-ci illərdəki xəritələrdir. Həmçinin, kommunikasiya xətləri suverenlik prinsipləri əsasında açılmalıdır”.

Mirzoyan bildirib ki, Ermənistanla Azərbaycan arasında birbaşa təmaslar təkcə liderlər yox, həm də nazirlik və digər idarələr səviyyəsində gedir: “Nazirliyin xətti ilə sülh sazişi üzrə təkliflərin mübadiləsi aparılır. Yanvarın əvvəlində İrəvan yeddinci təkliflər paketini Bakıya təqdim edib. İrəvan üçün önəmli olan vasitəçilərin olması deyil, danışıqların məzmunudur”.

Faktiki olaraq, həm rəsmi Bakı, həm də rəsmi İrəvan bu üç prinsiplə bağlı razılıq əldə ediblər. Yəni əslində, əsas məsələ həllini tapıb. İndi lazım olan Ermənistan XİN başçısının haqqında danışdığı bir sıra maneələrin aradan qaldırılmasıdır. Azərbaycan öhdəsinə düşəni edib; Qarabağda qondarma rejim artıq yoxdur. İndi növbə İrəvanındır…

Sədrəddin Soltan -“Report” İnformasiya Agentliyi

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO